Əfqan Muxtarlının məhkəməsinin başlayacağı tarix açıqlanıb

Həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub

Bu barədə “Report”a vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Balakən Rayon Məhkəməsində sədr Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək proses noyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.