Əfqanıstanda məsciddə törədilən partlayışda ölənlərin sayı 29 nəfərə çatıb
Bizimsesimiz.info // Hadisə zamanı daha 69 nəfər xəsarət alıb
Əfqanıstanın qərbindəki Gerat şəhərində yerləşən şiə məscidində törədilən partlayışda ölənlərin sayı 29 nəfərə çatıb.
Bizimsesimiz.info “Report”a istinadla xəbər verir ki, bu barədə TASS agentliyi “Tolo News” telekanalına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı daha 69 nəfər xəsarət alıb.
“1TV” telekanalının məlumatına görə, iki terrorçu yüzlərlə möminin axşam ibadəti zamanı toplaşdığı məscidə hücum edib. Silahlılar əvvəlcə mühafizəçiləri güllələyiblər. Daha sonra binaya soxulublar. Onlar ətrafdakı şəxlərə atəş açıblar və bir neçə qumbara atıblar. Bundan sonra özlərini partladıblar.
Əfqanıstanda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.