Əfqanıstanda yerli əsgər dörd ABŞ hərbçisini güllələdi
Bizimsesimiz.info // Əfqanıstan Silahlı Qüvvələrinin əsgəri amerikalı hərbçilərə atəş açıb, nəticədə iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
APA-nın verdiyi xəbərə görə, insident Nanqarhar əyalətinin Açin rayonunda baş verib.
Hücum edən hərbçi cavab atəşi ilə öldürülüb.
İnsidentin təfərrüatları dəqiqləşdirilir.