Müşfiq Hüseynov: “Artıq 10 gündür ölkəmizdə açıq havada heç kim maskadan istifadə etmir, bəzi qapanmalar da aradan qalxıb. Məntiqlə yoluxanların sayı artmalı idi, amma azalır, ölüm faizi də sıfıra düşüb”

 

Dünyada vaksinasiyanın sürətlə davam etməsi fonunda yoluxma sayı zamanla azalır. Bu səbəbdən də bir sıra ölkələrdə karantin qaydaları yumşaldılır, hətta sərhədlər də turistlərin üzünə açılır.

 

Avropanın əksər ölkələri məhdudiyyətləri tədricən ləğv etməkdədir. Fransada növbəti addım kimi iyulun 9-dan kamendant saatının vaxtı 21:00-dan 23:00-a keçirilir, eyni zamanda kafe və restoranlar bütünlüklə xidmətə açılacaq. Uzun fasilədən sonra idman zalları da istifadəyə hazır olacaq.

 

İrlandiyada da PUB və digər əyləncə mərkəzləri səbirsizliklə müştəriləri gözləyir. İspaniyada isə sanitar buraxılış vəsiqəsinin əldə olunması üçün onlayn qeydiyyat başlayıb. Belə ki, iyulun 1-dən Avropa İttifaqında (Aİ) insanların koronavirus məlumatları yazılan ümumi tibbi pasport istifadəyə veriləcək. İtaliyada da xidmət sektorunun açılması vətəndaşların sevincinə səbəb olub.

 

Lakin bunlara baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları daha ehtiyatlı olmağa səsləyir. Pandemiya ilə bağlı gərginlik nisbətən azalsa da, ÜST insanları arxayınlaşmamağa çağırıb.

Qurum rəhbərinin müraciətində deyilir: “Ölkələr koronavirus probleminə görə iki cəbhəyə bölünür. Bəzilərində lazımi vaksinasiya həyata keçirildiyindən normallaşma müşahidə olunsa da, kasıb ölkələrdə vəziyyət hələ də acınacaqlıdır. G7 ölklərinin COVID-19 böhranına təsir etmək gücü var. Onlara səsələnirəm ki, dərman dozalarının ədalətli bölünməsini təmin etsinlər”.

 

Dünyada yeni peyvənd axtarışları hələ də davam edir. Bu dəfə İran mütəxəssisləri koronavirusa qarşı yeni dərman preparatı hazırlayıblar. “Saliravira” adlanan dərman həm həb, həm də maye halında istehsal ediləcək. Bildirilir ki, maye formalı vasitəni burun və ağız boşluğuna vurmaqla virusu məhv etmək mümkündür. Dərman preparatı orqanizmə düşdükdə orqanlarda və qanda olan virusları bloklayaraq məhv edir. Yaxın günlərdə bu preparataın kütləvi istehsalına başlanılacaq.

Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Həkim-farmakoloq Müşfiq Hüseynov AYNA-ya açıqlamasında deyib ki, ÜST çox şübhəli reputasiyaya sahibdir: “Pandemiyanın ilk günlərindən ÜST-nin tutduğu siyasət, verdiyi açıqlamalar bir-birinə zidd olan müxtəlif səpkilidir – maska, əl yumaq, COVID-19-un yoluxuculuğu, ölüm faizi haqqında. Dünya üzrə bu cür qurumların reputasiyası sıfırın altdındadır. ÜST-ni bürokratik maşın, heç bir işə yaramayan, heç bir elmi araşdırmalara əsaslanmayan yarıtmaz bir qurum hesab edirəm”.

 

Mütəxəssisin sözlərinə görə, ÜST-nin hər hansı açıqlama verməsindən asılı olmayaraq, istənilən pandemik vəziyyət iki ilə artıq bitmiş olmalı idi: “Artıq iki olacaq, amma vəziyyət düzəlməyib. Ola bilər ki, faizlərdə cüzi artım baş versin. Əgər bu vəziyyət payızda bitməsə və növbəti mərhələyə keçsə, o zaman bunun hansısa bir siyasi, geostrateji məqsədli layihə olduğu haqqında indiyə kimi açıqlanan fikirlər özünü doğruldacaq və bundan sonra insanlara bu haqda nəsə demək, inandırmaq da çətin olacaq”.

“Onsuz da deyilənlərə və yayılan bəzi məlumatlara görə, “quş qripi”ndən vəfat etmiş xəstələrin sayı elə koronovirus xəstələrinin sayı qədərdir. Həmin vəziyyətdə nə karantin oldu, nə də ölkələr qapadılmaya getdi. Yalnız sərhədlərdə giriş-çıxış önləmləri aldılar, bununla da iş bitmiş oldu. İndi nə baş verir? Pandemiya bitib qurtara bilmir. Bu baxımdan məsələyə bir qədər optimist yanaşıram. Pandemiyanın bu ilin payızında bitəcəyi və 2022-ci ilə keçməyəcəyini düşünürəm”, – deyə Hüseynov bildirib.

 

Həkim artıq on gündən çoxdur ki, ölkəmizdə açıq havada heç kimin maskadan istifadə etmədiyini xatırladıb: “Bəzi qapanmalar da aradan qalxdı. Gördüyünüz kimi, ölüm faizi də sıfıra düşdü. Yoluxanların sayı məntiqlə artmalı idi, amma artım yoxdur. Heç bir ciddi problemin olduğu da açıqlanmır. Bu da onu bir daha göstərir ki, yoluxmanın azalıb-artmasının səbəbi qapanma tədbirlərindən əlavə, həm də ocağın hansı fazada olması ilə bağlıdır. Əgər ocaq sönmə fazasındadırsa, istər qapanma olsun, istərsə də olmasın, o sönəcək və sayı da azalmağa doğru gedəcək. Bu, bir daha bunu sübut etdi”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here