Bizimsesimiz.info // İyulun 03-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lent.az-a verilən məlumata görə, yarımadada hava şəraiti günəşli olacaq, cənub küləyinin əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz  32-37° isti, Bakıda gecə  21-23° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 19-24° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Qeyd edək ki, 40 dərəcədən artıq hava şəraitində insanların açıq hava şəraitində çox qalması məsləhət görülmür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here