Bizimsesimiz.info  // Misirin paytaxtı Qahirədə “Əl-Əzhər” tərəfindən təşkil olunan “Dünya Qüdsə Yardım Konfransı”nda Qüdsün Fələstinin əbədi paytaxtı elan edilməsi tövsiyə edilib.

Qahirədə keçirilən Qüdsə Dəstək Konfransı dünən yekun bəyanatıyla işini başa çatdırıb. 86 ölkədən bir çox alimin iştirak etdiyi iki gün davam edən konfransı yekun bəyanatında Qüdsün minlərlə ildən bəri müsəlman və xristianların vəqflərindən ibarət olduğuna diqqət çəkilib.

Bəyanatda Qüdsün Fələstinin əbədi paytaxtı elan edilməsi tövsiyə edilərək, dünya ölkələrinin bunu tanıması üçün ciddi mənada çalışmaq lazım olduğu vurğulanıb.

“Əl-Əzhər”in 2018-ci ilin “Qüds ili” olması təklifi də konfransın tövsiyə siyahısına salınıb. Yekun bəyanatda, həmçinin ərəb və İslam dünyasındakı siyasi qərar mexanizmlərindən Fələstin məsələsinə zərər vermədən və İsrail rejimi ilə münasibətləri normallaşdırmadan Qüdsü dəstəkləmələri tələb olunub.

Bəyanatda ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etmə qərarının əsassız olduğu xatırladılaraq, qərarın ləğvi üçün təcili hərəkətə keçilməli qeyd edilib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here