Əlcəzairdə İslami Qurtuluş Cəbhəsinin (FİS) simvolik şəxslərindən Abbas Mədəni vəfat etdi

1990-cı illərdə adından tez-tez söz etdirən İslami Qurtuluş Cəbhəsinin lideri Mədəni bir müddətdir Qatarda müalicə alırdı.

Əlcəzair rəsmi xəbər agentliyi APS – in xəbərinə görə Mədəni, uzun illərdir qaldığı Qatarın paytaxtı Dohada bir neçə gün öncə mədə xəstəliyi və yüksək təzyiqdən xəstəxanaya aparılmışdı. Mədəni 88 yaşında idi.

FİS – in qurucularından olan başqan yardımçısı Əli Bilhac, sosial media hesabında verdiyi açıqlamada “İslam ümmətinin bir övladını itirməsindən dolayı həm özlərinə, həm də İslam dünyasına başsağlığı verdiyini” yazdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir