Bizimsesimiz.info // Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı olmuş Əlimərdan bəy Topçubaşovun ailə fotosu tapılıb. Modern.az xəbər verir ki, fotonu Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov yayıb.

Səməd Vəkilovun verdiyi məlumata görə, fotonu ona polkovnik Lütfəli bəy Vəkilovun qızı Əfruz xanım Vəkilovanın nəvəsi Səadət Xanım təqdim edib. Əfruz xanım Vəkilova Azərbaycan xalqının görkəmli müsiqi xadimi, dünya şöhrətli müğənni Rəşid Behbudovun anası Firuzə xanım Vəkilovanın bacısıdır.

Qeyd edək ki, Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilova da Firzuə xanım Vəkilova ilə eyni nəsildəndir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here