Əliqismət Lalayev “Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı

Azərbaycanı “Uşaq Avroviziya-2018” yarışmasında təmsil edəcək Fidan Hüseynovanın “Sənin kimi olmaq” – “I wonna be like you” mahnısının klipiartıq müsabiqənın rəsmi “Youtube” səhifəsində, eləcə də, müxtəlif sosial şəbəkələrdəyayımlanıb.

Qeyd edək ki, çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılananbu mahnının klipinın bəzi kadrları Azərbaycan Dövlət Musiqili Teatrında çəkilib.

Teatrın direktoru,Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev noyabrın 25-də Belarusun paytaxtı Minskdə “Uşaq Avroviziya-2018” yarışmasında 20 ölkə arasında Azərbaycanı təmsil edəcək balaca iştirakçıya uğurlar arzulayıb: “Mən inanıram ki, Fidan bu yarışmada Azərbaycanın üç rəngli bayrağını zirvələrə ucaldacaq. Teatrda çəkilişlər zamanı onu gördüm. Çox istedadlı, şirin-şəkər baladır. Çəkiliş zamanı onu kənardan seyr edirdim – sərbəstdir, inadkardır. Ümidvaram ki, o, ifa etdiyi mahnının sözlərində bəhs olunanxəyali qəhrəmanına qovuşacaq, balaca çıyinlərinə götürdüyü böyük məsuliyyətinöhdəsindən asanlıqla gələcək, məqsədinə çatacaq və bizi də sevindirəcək”.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir