Ən güclü şahmatçı Londonda müəyyən olunacaq

Şahmat üzrə dünya çempionu adı uğrunda növbəti  mübarizə 2018-ci ilin noyabrında Londonda aparılacaq.

Bu barədə Oxu.Az FİDE-nin rəsmi saytına istinadən xəbər verir.

Uduş fondu bir milyon avro təşkil edəcək. Yarışlar noyabrın 9-da başlayıb 28-də bitəcək.

Maqnus Karlsenin rəqibi 2018-ci ilin martında Berlində baş tutacaq iddiaçıların  turnirində müəyyənləşəcək.

Yarışda Sergey Karyagin, Aleksandr Qrişuk, Vladimir Kramlin (Hamısı Rusiyanın təmsilçiləridir), Vels So, Fabiano Karuana (İkisi də ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Din Lijen (Çin) iştirak edəcəklər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.