Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır.
“Report” “Vesti-Finance” nəşrinə istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər.
Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb.
Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var. Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir