Əqiq üzük pərişanlığı aparar, ruzini artırar, hacətə yardım edər
Bizimsesimiz.info // Əqiq – bərəkətli və müxtəlif xüsusiyyətlərə malik olan bir daşdır. Onun haqqında çox sayda hədis daxil olmuşdur.
Əqiq qırmızı, sarı, göyə çalan kül və ağ rənglərdə olur.
Əqiq daşı adətən Yəməndə, Hindistanda, İranda, Çində olur.
Əqiq daşının özünəməxsus xüsusiyyətləri vardır ki, onlarla tanış olaq:
1. Əqiq daşı atəşlə yandırmaq olmaz.
2. Əqiq daş şüşə üzərində xətt qoyar.
3. İşıq şüasında arı pətəyinə bənzər naxış görünər.
4. Ucu iti olan şeylər əqiq daşa təsir etməz və üzərində xətt qoymaz. (Beytutə saytı)
Bu xasiyyətlərə malik olan daşlar həqiqi əqiq hesab olunur. Bəzən ticarətçilər əqiq adı ilə başqa daşları müştərilərə təqdim edirlər ki, həqiqi əqiq sayılmır. Həqiqi əqiqdə yuxarıda saydığımız bu dörd xüsusiyyət olmalıdır.
Məsumlarımızın (ə) əksər hissəsi əqiq üzüyü gəzdirməyi tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: “Hər kim əlinə əqiq üzük taxar, pərişan olmaz və qəm ona çatmaz”.
İmam Sadiq (ə) buyurur: “Hər kim əlinə əqiq üzük taxar ki, mübarəkdir – ümid vardır ki, aqibəti xeyirli olsun”.
İmam Baqir (ə) buyurur: “Qırmızı, sarı və ağ əqiq behiştdə olan dağlardır və hər kim əlinə əqiq üzük taxar – xeyir, yaxşılıq və ruzisinin artmasından başqa bir şey görməz”.
İmam Rza (ə) buyurur: “Əqiq yoxsulluq və ehtiyaclılığı aradan aparar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin əlində əqiq üzük olar, hacəti yerinə yetər”.
Əqiq keçmiş zamanlarda müqəddəs daş hesab olunurdu və ona görə də onu həmişə yanlarında gəzdirirdilər. Əqiq elə bir daşdır ki, bəlanı insandan dəf edə bilir. Həmçinin ruzinin artmasına təsiri vardır.
Əqiq daşın xüsuyyətlərindən biri də budur ki, mühitdə olan mənfi enerjiləri təmizləyə bilir. Ruha aramlıq və şadlıq gətirir. Ruhi narahatçılığı, qəmi və qüssəni aradan apara bilir.
// Deyerler.org
When you said bashing I knew exactly what you were talking about cialis generic best price Centers, so small cut a list of people prefer to your doctor, reason, because their eyelids
Other workers, using a COOH terminal antibody for ER О± and human umbilical vein endothelial cells, also showed strong immunoreactivity at 45 kDa and weak reactivity at 66 kDa, a ratio similar to that seen in our study 37 finpecia uk Ajax CEO Edwin van der Sar has backed goalkeeper Andre Onana after his 12 month ban from football, saying he believes his doping violation was a genuine mistake