“Ərəb baharı” necə başladı, amma necə davam edir ?

Bizimsesimiz.info  // İordaniyanın keçmiş Baş naziri və parlamentin ikinci qanadı olan Senat sədri Faysal Fayiz din və dövlət məsələlərində Türkiyə təcrübəsini məsləhət görüb.

“Ərəb baharı”nın başlanğıc prosesində Suriya, Yəmən, Liviya və Misirdə tələblər daha çox azadlıq və demokratiya idi. Ancaq regional və beynəlxalq qüvvələrin bu ölkələrə daxil olması vətəndaş müharibələrinə gətirib-çıxardı. Hazırda region ölkələri üçün ən mühüm məsələ torpaqlarında birlik və etimadın təmin edilməsidir. Əgər ortada yeni bir “Sayks Piko” (Sykes-Picot) müqaviləsi olarsa, bununla mübarizə aparmaq lazım gələcək. Çünki bu vəziyyət digər dövlətlərə də təsir edəcək”.

Bu sözlərdən sonra Faysal Fayiz İordaniya-Türkiyə münasibətlərinə toxunaraq deyib: “İordaniya-Türkiyə əlaqələri İordaniya kralı I Abdulla zamanı qoyulub. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqust ayında İordaniyaya etdiyi səfər faydalı oldu. Ərdoğan və Kral II Abdullanın görüşü təxminən yarım saat çəkdi. Türkiyə Yaxın Şərqdə təhlükəsizlik və terrorla mübarizədəki səylərinə görə Kral Abdullaya təşəkkür etdi… Türkiyənin rolu son dərəcə əhəmiyyətlidir. Siyasi və iqtisadi cəhətdən güclü ölkə olan Türkiyə regionda böyük rol oynayır. Təbii ki, Türkiyənin də digər ölkələr kimi bəzi maraqları var. Biz bir qardaş dövlət olaraq Türkiyədən sadəcə hər ölkə ilə eyni məsafədə dayanmasını xahiş edirik… Din və dövlət məsələlərində biz Türkiyə təcrübəsindən faydalana bilərik. Amma bununla “Türkiyə nümunəsini götürək” demirəm, bundan müsbət mənada istifadə edək” demək istəyirəm”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.