Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək -QÜDSDƏKİ MƏSCİD- İ AKSAYA GÖRƏ

Bizimsesimiz.info // Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək.

APA-nın verdiyi xəbərə görə, iclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.

Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.