Ərəb dünyasında böyük skandal – Ölkəni tərk etmək üçün diplomatlara 48 saat vaxt verildi
Bizimsesimiz.info // Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Avropa.info xəbər verir ki, Bəhreyn bunu Qətərin öz daxili işlərinə qarışması ilə əlaqələndirib. Səudiyyə Ərəbistanı isə “milli təhlükəsizliyi terror və ekstremizm təhlükəsindən qorumaq” məqsədilə etdiyini bildirib və Qətərlə olan sərhədini bağlayıb.
Bəhreyn və Səudiyyə Ərəbistanından sonra Misir də Qətərlə diplomatik əlaqələri kəsib. Misir Qətər təyyarələri üçün hava məkanını bağlayıb və bu ölkənin gəmilərini limanlarında qəbul etməkdən imtina edib.
Bu ölkələri Qətəri terrorçu qruplaşmaları, o cümlədən “Müsəlman qardaşları” təşkilatlarını dəstəkləməkdə ittiham ediblər.