“Ərəb ölkələrilə əlaqələrimizi qarşı tərəflərin istəyilə gizli saxlayırıq”- B.Netanyahu

Bizimsesimiz.info // İsrailin Baş naziri Binyamin Netanyahu: “Sülhə ərəb liderləri deyil, xalqları mane olur”, – dedi.

Keçmiş Misir prezidenti Ənvər Sədatın İsrailə səfər etməsinin 40-cı ildönümü münasibətilə İsrail Parlamenti Knessettə keçirilən iclasda B.Netanyahu çıxış edərək deyib: “Sülhün önündəki ən böyük əngəl bu gün ətrafımızdakı olan ölkələrin liderləri deyil. Bu maneə küçələrdəki ərəb camaatdır… Ərəb ictimaiyyəti İsraili təhrif edir və yanlış şəkildə təqdim edir… İsrail mülayim ərəb dövlətləri ilə əməkdaşlıq edə bilər.”

Bundan bir neçə gün əvvəl İsrail Enerji naziri Yuval Steinitz də ordu radiosuna verdiyi müsahibədə ölkəsinin diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanla İrana qarşı gizli bağlantı qurduğunu demişdi: “Bizim bir çox müsəlman və ərəb ölkələri ilə gizli əlaqələrimiz var və bundan da utanan biz deyilik, qarşı tərəflərdir. Bizim üçün problem deyil, amma qarşı tərəflərə hörmət göstərərək biz də əlaqələri gizli saxlayırıq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.