“1000 il davam edəcək” deyildi. Yalnız Türkiyə deyil, dünya demokratiya tarixinə, günahkarlarının adları qara ləkə kimi düşdü. Müxtəlif örtüklərlə İslam düşmənçiliklərini göstərməyə başladılar. Nəticə olaraq “irtica” ilə mübarizə etdiklərini dilə gətirsələr də, xalqın səsləriylə seçilən müsəlman baş nazirə dözə bilmirdilər. Beləliklə, nəticə etibarilə fəlakətlərə səbəb olan 28 fevral prosesinin qısa hekayəsi:

Avropa.info xəbər verir ki, 1995-ci ilin 24 dekabr tarixində keçirilən Türkiyə parlament seçkilərində mərhum Prof. Dr. Nəcməddin Ərbakanın sədri olduğu Rifah Partiyası seçki qutularından birinci partiya olaraq çıxdı.

Koalisiya danışıqları nəticəsində, Rifah Partiyası ilə DYP koalisiya qurdu və Ərbakan Türkiyə Cümhuriyyətinin 23-ci baş naziri oldu.

Dövrün hərbi komandanlığı müsəlmanın baş nazir olmasından çox narahat idi. 1996-ci ilin avqust ayında baş nazir Ərbakanın  Ali Hərbi Şuraya verdiyi ziyafətdə yaşanan “rakı böhranı” bunun ilk nümunələrindən biri idi. Baş nazir Ərbakanın verdiyi ziyafətdə spirtli içkilərin olmayacağı bəlli idi. Ziyafət zamanı Ordu admiralı Güvən Erkaya qarsona “Mənə rakı gətirin övladım”  demişdi. Bu xəbər dönəmin qəzetlərinin manşet yazıları olmuşdu.

“Rakı böhranı”ndan qısa müddət sonra, hər kəs mövqeyini müəyyən etməyə başlayırdı. Dövrün Barolar Birliyinin Sədri Eralp Özgən və dövrün Ali Məhkəmə sədri Mufit Utku çıxışlarında şəriət ilə dünyəviliyi gündəmə gətirdi.

Bu hadisənin üzərindən təxminən iki həftə keçəndən sonra isə TÜSİAD iqtisadiyyatın zəifləməsini bəhanə edərək erkən seçki çağırışları etməyə başladı. Xalqın səsləriylə seçilən bir baş nazirdən duyduqları narahatlığı onlar da gizlətmədilər.

Bu dövrdə Ərbakanın xarici səfərləri reaksiyalara səbəb oldu. Öncə İran, sonra Misir, Liviya və Nigeriyaya etdiyi səfərlər müxtəlif təbəqələr tərəfindən tənqid edilməyə başlandı. Bu səfərlərdən narahat olan siyasilər, Liviya səfəri haqqında parlamentə sorğu etdilər.

1996-ci ildə ölkə daxilində fəaliyyətə başlayan Aczimendiler, xüsusilə İslam əleyhinə olan medianın hədəfinə çevrildi. Əsas hədəfləri İslam olan media, Müslüm Gündüz ilə Fadime Şahinin görüntülərini dərc etdirərək,onlar  üzərindən inanclı təbəqəyə hücum etməyə başladılar.

3 noyabrda isə bütün Türkiyəni dərindən sarsıdan “Susurluq” qəzası baş verdi. Ərbakanın bu qəza haqqında “Fasa Fiso” deməsi Rifah Partiyası əleyhdarlarını hərəkətə keçirdi. Bu hadisədən sonra dövrün Daxili İşlər naziri Mehmet Ağar istefa verdi. Yerinə isə Meral Akşənər gətirildi.

Dekabr ayının əvvəllərində isə Ankara prokuroru Nuh Mete Yüksəl, baş nazir Ərbakan, Əmək naziri Necati Çelik və bəzi millət vəkilləri haqqında cinayət işi açdı.

10 dekabr tarixində toplanan Rektorlar Komitəsi, yaydığı bəyannamədə “Susurluq” məsələsində hökumətə xəbərdarlıqlar edərək müxtəlif ittihamlar səsləndirdilər. Sözügedən bəyannaməni dövrün YÖK Sədri Kamal Gürüz oxudu.

Bu hadisədən təxminən 2 həftə sonra siyasi qarışıqlıq səbəbindən bəzi DYP-li millət vəkilləri istefa verdi. İstefa edən millət vəkilləri Hüsaməddin Cindorukun rəhbərliyi altında Demokratik Türkiyə Partiyasını qurdular.

Mərhum baş nazir Ərbakan 11 yanvar 1997-ci il tarixində dini liderlər və təriqət şehylerine iftar ziyafəti verdi. Ərbakanın verdiyi bu iftir yeməyi “irtica” çıxışlarının artmasına səbəb oldu.

Həmin dövrdə media Aya Sofiyanın ibadətə açılacağı, Taksimdə məscid tikiləcəyi başlıqlı xəbərlərlə ordunu  rəsmən hərəkətə keçirdi. Yüksək rütbəli zabitlər Gölçükdə “irtica” konfransı keçirdilər.

Demokratiya tarixinə adını qara ləkə olaraq yazdıran  tarixi MGK-ya 1 ay qalmış media Ərbakan hökümətinə qarşı böhtan və təhdid xəbərlərini artırmağa başladı.

30 yanvar gecəsi Sincan bələdiyyəsi tərəfindən Qüds gecəsi adlı tədbir keçrildi. Bu tədbir günlərlə medianın gündəminə çevrildi və sanki stəkanı daşıran son damla oldu.

Bələdiyyə sədri Bəkir Yıldız həbs olunub və həbsxanaya göndərildi. “Star” qəzetinin müxbiri İşın Gürel isə hücuma məruz qaldı.

Hadisədən bir gün sonra, Türkiyə prokurorluğu Rifah Partiyasına “Siyasi Partiyalar haqda” qanuna zidd davranması iddiası ilə xəbərdarlıq etdi. Dövrün baş prokuroru Vural Savaş isə baş nazir Ərbakanı ölkəni daxili müharibəyə sürükləməkdə ittiham etdi.

4 fevralda ordu Ərbakan hökumətini təhdid etmək üçün, 20 tank və 15 zirehli maşınla Sincanda keçid etdi. Dövrün Dəniz Qüvvələri komandiri ordu admiralı Güvən Erkaya hökuməti nəzərdə tutaraq “İrtica, PKK-dan daha təhlükəlidir” deyərək qalmaqallı bəyanat verdi.

Dövrün siyasiləri Ərbakanın əsgər tərəfindən devrilmə cəhdlərinin olduğunu açıq demədikləri üçün gərgin olan vəziyyəti daha da gərginləşirdi. Fevral ayının əvvəllərində ANAP sədri Məsud Yılmaz “Türkiyə xaosa gedir. Hökumətə yardım etməyə hazırıq” deyərkən, DTP sədri Cindoruk isə “Rifah Partiyası silahla dəyişdirilməlidir” bəyanatını verdi.

5 fevralda dövrün prezidenti Süleyman Dəmirəl, baş nazir Ərbakana bir neçə məktub göndərdi. Dəmirəlin göndərdiyi son məktub isə xəbərdarlıq idi və bu hər şeyi yekunlaşdırırdı.

11 fevralda Ankarada bir qrup Qərbmeyilli təşkilatların təmsilçisi olan qadın toplaşaraq yürüş keçirdi. “Şəriətə qarşı qadın yürüşü” adını verdikləri yürüşü qəzetlər, “irtica qorxusu ilə toplaşmış qadınlar yürüşü” kimi təqdim edirdilər.

28 Fevral 1997-ci ildə Türkiyə tarixinin ən uzun Milli Təhlükəsizlik Şurası toplantısı keçrildi. Həmin toplantıda Ərbakan hökumətinin əleyhinə bir sırar qərarlar verildi. Baş nazir Ərbakan bu qərarların yumşaldılmasını istədi, əks hala sənədə imza atmayacağını bəyan etdi.

Lakin, media və ordunun təzyiqləri üzündən mərhum Ərbakan 13 martda bu qərarları imzalamaq məcburiyyətində qaldı. Bir müddət sonra MGK Qərarlarını Tətbiq Etmə Komitəsi yaradılaraq ölkə miqyasında sözdə “İrticaovu” başladı.

21 mayda baş prokuror Vural Savaş  Rifah Partiyasının ölkəni vətəndaş müharibəsinə sürüklədiyini iddia edərək partiya haqqında qapatma davası açdı.

Bundan sonra, ölkədə inanclı insanlara qarşı təqiblər başladı. Orduda, universitetlərdəki, şirkətlərdəki inanclı kəsim işdən uzaqlaşdırıldı. İmam Xətib məzunlarının universitetə girişləri əmsal tətbiq etməsi ilə əngəllənməyə çalışıldı. 7 iyunda Baş Qərargah “irtica fəaliyyətini” dəstəklədiyi iddiası bir çox şirkətə embarqo qoydu.

3 gün sonra isə Konstitusiya Məhkəməsi sədri , ordunun Baş Qərargahına çağırıldı. Türkiyənin “5-ci kolonu” olaraq tanınan Qərb şəbəkəsi Ərbakana qarşı ən böyük aksiyanı 18 iyunda həyata keçirdilər. Xalq tərəfindən seçilən baş nazir Ərbakan 18 iyunda istefa verdi. Ərbakan vəzifəsini Tansu Çillərə təhvil verdi.

Lakin, ertəsi gün dövrün prezidenti Süleyman Dəmirəl hökumət qurma vəzifəsini Tansu Çillərə vermədi. Halbuki o vaxt arxasında Türkiyə parlamentində çoxluq Çillərin tərəfində idi. Buna baxmayaraq Dəmirəl vəzifəni ANAP sədri Məsud Yılmaza verdi.

Türkiyə tarixinə “postmodern çevriliş” kimi keçən və keçmiş Baş Qərargah rəislərindən olan ordu generalı Hüseyn Qıvrıqoğlunun “min il davam edəcək” dediyi 28 fevral prosesi min il davam etmədi, ancaq o dövrdə baş verən ədalətsizliklərin təsiri, 21 il keçməsinə baxmayaraq yaddaşlardan silinmədi. Türkiyədə “irtica” mübahisələri çərçivəsində ən böyük zərbəni hicablı qadınlar aldı.

Dövrün baş naziri Nəcməddin Ərbakanın bütün etirazlarına baxmayaraq MGK qərarları, 14 martda Məclisdən keçərək tətbiq olunmağa başlandı. Səhiyyə Nazirliyi tərəfindən 26 martda bütün rayonlarda “hicabı qadağa sərəncamı” göndərilməsi ilə ilk tətbiq başlamış oldu. Bu tarixdən etibarən “hicab qadağası” səbəbindən bir çox dövlət vəzifəlisi haqqında istintaq açılıb, hətta bəzilərinin işlərinə son verildi. Tələbələrin də hicablı formada təhsil almaq hüququ qadağan olundu.

Türkiyənin ictimai və siyasi mühitindəki böyük miqyaslı dəyişikliklər, Qərb şəbəkəsinin atdığı addımlardan daha güclü çıxdı. 5 il sonra Ərbakan məktəbinin bazasından çıxan Rəcəb Tayyib Ərdoğan və partiyası hökumət oldu.

2012-ci ildə Türkiyə Böyük Millət Məclisində çevrilişləri araşdırma komissiyası yaradıldı və 28 fevral başda olmaqla hərbi çevrilişlər araşdırmağa başlandı. 28 fevral prosesində fəal rol oynayanşəxslər həbs olundu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here