Bizimsesimiz.info // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyada “Ərdoğanı öldürənə mükafat” yazılan plakatla əlaqədar ilk münasibətini Hamburqa gedərkən təyyarədə bildirib.
Ərdoğan deyib: “Almaniya Nazirliyi qarşısında açılan “Edoğanı öldürənə mükafat” yazılı plakat Almaniyanın terrorçulara yaltaqlıq edən bir ölkə olduğu görüntüsü yaradır ki, bu çox kədərverici haldır. Bu cür hərəkətlərə icazə verilməsi böyük fəlakətdir… Almaniyadakı türk vətəndaşlarla görüşə maneə törədilməsi isə siyasi intihardır.”

Körfəz ölkələrinin Qətərdən istəklərinə də toxunan dövlət başçısı bunun suverenlik hüquqlarının pozulması demək olduğunu bildirib: “Türkiyə hava bazasını ancaq Qətər istəyərsə, qapadıla bilər, başqası yox.”

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə bağlı bəzi ölkələrin hərəkətlərilə bağlı isə Ərdoğan deyib: “Qərbin irqçi rəftarını qınayırıq… ABŞ-da isə hələ də FETÖ məktəbləri fəaliyyət göstərir və milyonlarla dollar gəlir əldə edir… Bir tərəfdən çevriliş cəhdini qınayır, digər tərəfdən onlara qapısını açan ölkələrə təşəkkür edirlər. Bu necə işdir?”

Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçiriləcək tədbirlərə də toxunub: “14 iyulda Ankara Millət məscidində Cümə namazının qılınması ilə başlanacaq tədbirlər 2 gün davam edəcək.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here