Ərdoğan Arakana yardım çağırışını cavabsız qoymadı

Bizimsesimiz.info  // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sosial media fenomeni Jerome Jarre və fransız aktyor Omar  Synin də aralarında olduğu bir çox məşhur simanın başladığı “Arakan Üçün Sevgi Ordusu” adlı yardım kampaniyasına Twitterdən dəstək verdi.

Ərdoğan paylaşmasında: “Əziz Jerome Jarre, ehtiyac içində olan insanların harada yaşaymasından asılı olmayaraq onların yardım çağırışına hər zaman cavab veririk.. #LoveArmyforRohingya-nın səylərini yardım təşkilatlarımız Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi  (AFAD), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Qızılayı və Türkiyə Hava Yolları (THY) vasitəsilə dəstəkləyəcəyik” ifadələrini işlətdi.

Qeyd edək ki, Jarre Twitter hesabından: “Hamınıza ehtiyacımız var! Arakan missiyamız üçün Türkiyə prezidentindən kömək istəyirik! Dünya miqyasında bir lider kampaniyamıza dəstək verdikdən sonra hər şey  daha sürətli və gözəl irəliləyər” yazıb.

Arakan və Banqladeşdə Ərdoğanı və Türkiyəni hər kəsin tanıdığını qeyd edən Jarre düşərgələrə daha əvvəl Türkiyə tərəfindən yardımların çatdırıldığını xatırladıb.

Prezident Ərdoğandan Arakan müsəlmanlarına yardım kampaniyası üçün dəstək istənənTwitter etiketi Fransada ən çox danışılan mövzu (TT) oldu.

#ErdoganHelpRohingya ismarıcı bir sıra ölkədə də ən çox danışılan mövzulardan oldu.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.