Ərdoğan etiraf etdi: “Bir qırmızı kartım var” – FOTOLAR

Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan “NTV” telekanalında yayımlanan idman verilişində qonaq olub.

Publika.az xəbər verir ki, prezident futbolla məşğul olduğu dövrlərdən söhbət açıb.

O, futbol kariyerası ərzində cəmi bir dəfə qırmızı kart görüdüyünü etiraf edib:

“Əslində çox da ciddi bir situasiya deyildi. “Anadolu Hisarı” stadionunda “Ulduz” komandası ilə oynayırdıq. O zaman həm də komanda kapitanı idim. Kapitanlığımın verdiyi icazə ilə hakimə etiraz etdim. O da mənə qırmızı kart çıxardı. Həyatımda bircə dənə qırmızı kart var. Başqa yoxdur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.