Ərdoğan İsrail prezidenti ilə telefon danışığını açıqladı – Məscidi Əqsa gərginliyi : “İbadətə gedən müsəlmanlara necə terrorçu deyə bilərsən?”

Bizimsesimiz.info // “Sonuna qədər haqqımıza və hüquqlarımıza sahib çıxacağıq. Kim olursa olsun. Biz, zalım hökmdarlar qarşısında susmağı zülm hesab edirik. Buna heç vaxt dözmərik.”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qüdsdə Məscidi
Əqsanın fəaliyyətinə qadağa qoymasına münasibət bildirərkən deyib.

Ərdoğan Türkiyənin dünyada kasıb ölkələrə yardım edən 2-ci ölkə olduğunu da qeyd edib.
“Dünyada milli gəlirə nisbətən, ən az inkişaf etmiş ölkələrə kömək edən 1 nömrə Türkiyədir. Ümumən isə ABŞ-dan sonra ikinci yerdəyik. Bu bizim insani, vicdani, İslami borcumuzdur.
Afrikaya mənbələri mənimsəniləcək bir qitə olaraq yaxınlaşmamışıq.
Afrika ölkələri ilə bir tərəfdən ticarət dövriyyəmizi artırarkən, digər tərəfdən inkişaf yönümlü humanitar yardımızla məzlumların yükünü yüngülləşdirmək istəyirik.
Somalidə müasir bir xəstəxana qurduq və məktəblər tikərək, şagirdlər hazırlayırıq.

Bu gün bizə hər fürsətdə demokratiya, hüquq və insan haqları dərsi verməyə çalışanların Afrikanı nə günə qoyduqlarını şəxsən yerində görmüşük, görürük. Əsrin əvvəlində Namibiya, Konqoda, daha yaxın tarixdə Ruandada milyonlarla insanın necə qətl edildiyini, necə soyqırım edildiyini çox yaxşı bilirik. Qərb ölkələrinin bu gün zövqünü sürdükləri rifahı kimə borclu olduqlarını hamımız çox yaxşı bilirik. Dəbdəbəli binaların, qəşəng daşların altında kimlərin canının, alın tərinin olduğunu bizlər çox gözəl bilirik. Hər nə qədər onlar unutdurmaq istəsə də, biz bu qaranlıq tarixin unudulmasına heç vaxt imkan verməməliyik.

Qüdsdə bu gün İsrail polis və əsgərləri cümə namazı qılmaq istəyən müsəlmanların üzərinə hücuma keçdilər, 350-yə yaxın yaralı, 3 şəhid var. Dünən axşam İsrail prezidenti ilə telefonla danışdım. “Sabah cümədir , müdaxilə edin polis xalqa qarşı şiddəti dayandırsın” dedim. Mənə “terrorizimlə mübarizə aparırıq” dedi. Mən “bu insanlar ibadət etməyə gedirlər, siz onlara necə terrorçu deyə bilərsiniz. Biz Türkiyədə sinaqoqa gedən yəhudilərə heç bir maneəçilik etmirik” dedim.
Qardaşlarım, bilməyimiz lazımdır. Biz haqqımıza da hüquqlarımıza da sahib çıxmalıyıq.
Sonuna qədər haqqımıza və hüquqlarımıza sahib çıxacağıq. Kim olursa olsun” deyə Türkiyə prezidenti qeyd edib.