Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib
Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı guya cinayət törətməsinə qarşı səsləndirdiyi sözlərə görə tənqid edib və öz növbəsində Tel-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.
Xəbərdə bildirilirki, o, yəhudilərin hərəkətlərini açıq-aşkar qeyri-insani hücum adlandırıb.
“Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətli mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır”, — deyə Ərdoğan Adanada çıxışı zamanı bildirib // Report.az