Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanma lideri Aun San Su Çi ilə telefon görüşü keçirib.

Avropa.info xəbər verir ki, Myanma xarici işlər naziri və baş naziri bu gün keçirdiyi görüşdə Ərdoğan Arakan müsəlmanlarına qarşı yol verilən insan haqları pozuntularının başda İslam ölkələri olmaqla bütün dünyada narahatçılıq yaratdığını qeyd edib. Türkiyə prezidenti Aun San Su Çi ilə böhranın necə həll oluna biləcəyi və regiona humanitar yardımların çatdırılması məsələlərini müzakirə edib.

Ərdoğan Türkiyənin dinc əhalini hədəfə alan hərbi əməliyyatları qınadığını bildirib. O, hadisələri ciddi humanitar fəlakətə çevrilə bilmə ehtimalından narahatlığını ifadə edib. Türkiyə prezidenti böhranın həlli müddətində güc tətbiqindən uzaq durmağa, mülki əhalinin xəsarət almaması üçün səy göstərilməsini istəyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here