Bizimsesimiz.info  // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Jens Stoltenberq və Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefonda görüşdü.

Türkiyə Dövlət Aparatı mənbələrindən verilən məlumata görə, Prezident Ərdoğanın NATO Baş Katibi Stoltenbergi ad günü münasibətilə təbrik etdiyi  telefon danışığında Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirilən “Zeytun Budağı” əməliyyatı ilə bağlı məlumat mübadiləsi aparılıb.

Ərdoğan dinc əhaliyə zərər verilməməsi üçün böyük diqqətlə aparılan “Zeytun Budağı” əməliyyatının DEAŞ-la mübarizədə maneə deyil, əksinə bu mübarizənin bir hissəsi olduğuna diqqəti çəkib.

Türkiyənin PYD/YPG, PKK, DEAŞ, FETÖ və bütün terror təşkilatları ilə mübarizə etdiyinə işarə edən dövlət başçıdı  NATO müttəfiqi olan bəzi ölkələrin terror təhdidinin yalnız DEAŞ-dan ibarət olması istiqamətində nümayiş etdirdikləri mövqenin kədərləndirici olduğunu bildirib.

Ərdoğanın Türkiyənin NATO dəyərlərinə və müttəfiqlik ruhuna sadiq qalmağa davam etdiyini qeyd etdiyi telefon görüşündə NATO baş katibi Stoltenberq də Türkiyənin NATO-nun əhəmiyyətli bir müttəfiqi olduğunu vurğulayıb.

Türkiyənin təhlükəsizlik məsələləri ilə narahatlıqlarını bölüşdüyünü ifadə edən  Stoltenberq terrorizmlə birgə mübarizənin əhəmiyyətinə də toxunub.

Türkiyənin dövlət başçıdı Ukrayna prezidenti Pyotr Poroşenko ilə də telefonla görüşüb.

İkitərəfli əlaqələrin müzakirə olunduğu görüşdə Türkiyə və Ukrayna arasında iqtisadiyyat, ticarət, turizm və müdafiə sənayesi başda olmaqla, əlaqələrin hər sahədə inkişaf etdirilməsi ilə bağlı fikir birliyi təsdiq edilib.

Liderlər Ukraynanın ərazi bütövlüyünə, Krımdakı son proseslərə, Krım Tatarları məsələlərinə də toxunublar.

Telefon görüşündə başda FETÖ olmaqla, terror təşkilatları ilə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi məsələsi də müzakirə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here