Ərdoğan Putinlə Ankarada görüşəcək – Peskov

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Ankarada görüşəcək.

Bu barədə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov görüşün sentyabrın 28-də Ankarada keçiriləcəyini təsdiq edib. O, səfərlə bağlı hazırlıq işlərinin başladığını bildirib.

Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edən Ərdoğan Suriyadakı hadisələri müzakirə etmək üçün Putinlə görüşəcəyini demişdi. Lakin görüşün harada keçiriləcəyi açıqlanmamışdı. // “Sputnik”