“Antalya Diplomatiya Forumu tədricən məqsədinə çatır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında deyib.

“Rusiya və Ukrayna arasındakı böhrandan sonra dünən hər iki tərəfdən xarici işlər nazirlərinin ilk görüşünün Antalyada baş tutması bunu təsdiqləyir”, – o deyib.

Türkiyə Prezidenti hesab edir ki, beynəlxalq qurumlara inam zəifləyib: “Böhranlara etinasız yanaşmanın fəsadlarını birlikdə görməkdəyik. Ukrayna məsələsi göstərir ki, tarixdən dərs almaq lazımdır. Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyənin Krımla bağlı dəyişməzdir: “Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana təkrarlayırıq. Həm Rusiya, Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danışırlar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here