Ərdoğan Qətər böhranını dayandırmaq üçün hərəkətə keçdi
Rəcəb Tayyib Ərdoğan Qətər böhranı üçün hərəkətə keçib.
Bizimsesimiz.info Azərbaycan 24 saytına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Numan Qurtulmuş deyib.
“Yaxın Şərqdə olduqca qarışıq durum yaranıb. Bir çox ölkələrdə xaos yaşanır. Böyük münaqişənin olduğu region yeni böhranların öhdəsindən gəlmək gücündə deyil. Qətərlə diplomatik kanallarımızı açıq saxlayırıq. Qətər böhranının həlli üçün əlimizdən gələni edəcəyik. Türkiyə olaraq üzərimizə düşən öhdəliyi yerinə yetirəcəyik”, – Türkiyə rəsmisi bildirib.