Ərdoğan Rza Zərrabın məhkəmə işi barəsində fikir bildirdi

Bizimsesimiz.info  // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) millət vəkilləri ilə  Ankarada səhər yeməyində görüşdü.

18 rayondan 51 millət vəkilinin qatıldığı, təxminən 3 saat davam edən səhər yeməyi mətbuata qapalı keçirildi.

Tədbirdə Türkiyə baş naziri və AK Partiya sədrinin vəkili Binəli Yıldırım da iştirak etdi.

Prezident Ərdoğan səhər yeməyində Birləşmiş Millətlər Təşkilatının İranla əlaqədar embarqo qərarı olmadığı halda Amerika Birləşmiş Ştatlarının  birtərəfli şəkildə tətbq etdiyi embarqonu pozması səbəbindən İran əsilli Türkiyə vətəndaşı Rza Zərrabın bu ölkədə aparılan məhkəmə prosesi ilə bağlı fikrini bildirdi.

Türkiyə prezidenti: “Məhkəmə hansı qərarı verərsə, versin, biz,Türkiyə olaraq doğru olanı etdik. Embarqonu pozmamışıq. Biz  bununla əlaqədar ABŞ qarşısında öhdəlik götürməmişik. Dünya ABŞ-dan ibarət deyil. Bizim İran ilə ticarət və enerji sahələrində əlaqələrimiz mövcuddur” dedi.

Səadət Partiyasının sədri Temel Qaramollaoğlu da Zərrabın məhkəmə işi ilə bağlı açıqlama verdi.

Qaramollaoğlu açıqlamasında iddianın Türkiyəyə qarşı sərgilənən bir davranış olduğunu bildirdi.

Doğu Perinçekin sədrlik etdiyi Vətən Partiyasının baş katibi Utku Reyhan da mətbuata ABŞ-dakı məhkəmə prosesi ilə əlaqədar  açıqlama verdi.

Utku Reyhan açıqlamasında Vətən Partiyasının Türkiyə hökumətinin yanında olduğunu vurğuladı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.