Ərdoğan səhhəti ilə bağlı açıqlama verib

Koronavirus testi müsbət çıxan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan özünün və xanımı Əminə Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib.

Bu barədə Türkiyə lideri tviterdə paylaşım edib.

Paylaşımda deyilir:

“Bu səhər həkimimiz müayinə etdi. Allaha şükür, heç bir neqativ hal yoxdu. Əminə xanımla işimizi evdən davam etdiririk”.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Onların COVID-19 testinin nəticəsi müsbət çıxıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir