Ərdoğan: «Sizdən 3-4 uşaq gözləyirəm» (VİDEO)

“Beşiktaş” klubunun futbolçusu Gökhan Töre Esra Bilgiçle ailə həyatı qurub.

“Qaynarinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün nikah mərasimində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahid qismində iştirak ediblər.

Nikahdan sonra çıxış edən prezident cütlüyə arzularını bildirib:

“Allahdan səadət diləyirəm. Xoşbəxtlik paylaşıldıqca çoxalır, amma bu uzun yolda çətin anlar da olur. Çoxuşaqlı olmaq gözəldir. Sizdən 3, yaxud 4 uşaq gözləyirəm”.
https://youtu.be/TbPzEUmOsTQ

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.