Yaxın günlərdə Zeytun budağı antiterror əməliyyatı çərçivəsiтвə Suriyanın Tel-Rifat rayonu üzrə də nəzarət təmin ediləcək.

Oxu.Az-ın NTV telekanalına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzona səfəri zamanı bəyan edib.

Ərdoğan həmçinin ABŞ-ı PKK və YPG terrorçularını Suriyanın Münbiç rayonundan tezliklə çıxarmağa çağırıb.

“Türkiyə suriyalı qardaşlarla birgə Münbiçdə ən qısa zamanda infrastrukturu bərpa edəcək və qaçqınların evlərinə qayıtmasını təmin edəcək”, – Ərdoğan bəyan edib.

Ərdoğan həmçinin xəbərdarlıq edib ki, əgər terrorçular Suriyanın bu rayonunu tərk etməsələr, Türkiyə ordusu məsələyə müdaxilə etməli olacaq.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here