Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatlarında 7 şəhid verib.

Virtualaz.org bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Amasiya şəhərində keçirilən mitinqdə deyib.

Prezidentin sözlərinə görə, “Zeytun budağı” əməliyyatı zamanı Azad Rusiya Ordusunun 13 əsgəri şəhid olub, 484 terrorçu zərərsizləşdirilib.

R.T.Ərdoəan xüsusi qeyd edib ki, Afrin əməliyyatının hədəfi Suriya torpaqlarını zəbt etmək deyil.

“Bizim kiminsə torpağında, mülkündə gözümüz yoxdur. Ancaq bizim inancımıza, Azanımıza,təhlükəsizliyimizə təhdid olarsa, gözümüz kimisə görməz… Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çox suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz “Fərat qalxanı” əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir”, – deyə Ərdoğan vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here