Ərdoğan və Putin razılıq əldə etdilər

Bizimsesimiz.info  // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya ilə əlaqələrin genişləndirilməsi barədə rus həmkarı Putin ilə razılıq əldə etdiklərini söyləyib.

İki ölkə lideri görüşlərdən sonra mətbuata açıqlama verdilər.

Ərdoğan öz növbəsində deyib ki, iki ölkə arasındakı əlaqələrdə siyasi olduğu qədər iqtisadi sahədə də irəliləyiş qeydə alındı. Cənab Putin ilə əlaqələrimiz hər zaman davam edir. Kənd təsərrufatı sahəsindəki son məhdudiyyətlərə də son qoyulacağını  gözləyirəm.

İkitərəfli ticarət rəqəmlərindəki artırma diqqət çəkən dövlət başçısı hədəflərə çatılması üçün keçmişdəki kimi vizasız rejimə qayıdılmasımın əhəmiyyətinə toxunub.

Rus lider ilə Türk axımı və “Akkuyu” atom elektirik stansiya layihəsini dəyərləndirdiklərini bildirən Ərdoğan qeyd edib ki, bu layihələrin vaxtında həyata keçirilməsinə əhəmmiyət veririk.

İlin ilk 9 ayında 4 milyon turistin Türkiyəyə gəldiyini deyən dövlət başçısı gələcək il bu rəqəmin artacağını bildirib.

Ərdoğan Suriya məsələsinə də toxunub: Putin ilə regional mövzuları da müzakirə etdik. Astana prosesinin təmin etdiyi irəliləyiş sayəsində rus lider ilə Suriyada siyasi həll prosesinin diqqət mərkəzində saxlanılması barədə razılaşdıq.

Müdafiə sənayesində birgə atılacak addımlara böyük əhəmiyyət verildiyini vurğulayan Ərdoğan Putin və digər rus məsullara qonaqpərvərliklərinə görə təşəkkür edib

Ev sahibi Vladimir Putin də öz növbəsində ölkəsinin   “Rosatom” dövlət korporasiyasının yaxın vaxtlarda Türkiyədə “Akkuyu” atom elektrik stansiyası (AES) layihəsinin həyata keçirilməsinə başlayacağını deyib.

“Bu gün biz energetika sahəsində birgə layihələri müzakirə etdik. Bu, “Türk axını”, Türkiyədə “Akkuyu” atom stansiyasının tikintisi məsələlərinə aiddir. “Rosatom” yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamalıdır. Bizim planımıza görə AES-in birinci bloku 2023-cü ilə qədər istifadəyə verilməlidir”, – deyə Rusiya prezidenti bildirib.

Türkiyənin kənd təsərrufatı məmullarının idxalının yenidən başlandığını xatırlardan Putin qalan məhdudiyyətlər üçün də danışıqların davam etdiyini söyləyib.

Putin sözlərini Ərdoğana təşəkkür edərək yekunlaşdırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.