Ərdoğan və Roma Papası Qüdsün statusunu müzakirə edib

Bizimsesimiz.info  // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon söhbəti keçirilib. SalamNews-un “Haberler”ə  istinadən verdiyi məlumata görə, telefon söhbətində Qüdslə bağlı son vəziyyət müzakirə edilib.

Ərdoğan və Roma Papası Qüdsün statusunun qorunması mövzusunda həmfikir olduqlarını vurğulayıb. Onlar ikitərəfli əlaqələr və beynəlxalq məsələləri təkbətək müzakirə etmək üçün yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir