Ərdoğan yenə Rusiyaya gedir – Üç dövlət başçısının görüşü olacaq

Bizimsesimiz.info  // Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək. O, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək.

Görüşdən sonra Ərdoğan və Putin İran Prezidenti Həsən Ruhani ilə bir araya gələcək.

Görüş zamanı liderlər Suriya böhranını müzakirə edəcəklər.

Qeyd edək ki, bu il Ərdoğan Putinlə 13 dəfə telefonla danışıb və 5 dəfə görüşüb. Sonuncu görüş noyabrın 13-də Soçidə baş tutub. // teleqraf.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.