Ərdoğandan ərəb ölkələrinə: Çox çirkin addımdır
Bizimsesimiz.info // Ərəb ölkələrinin Qətərdəki Türkiyəyə məxsus hərbi bazanın bağlanılması ilə bağlı tələbi bizə qarşı hörmətsizlikdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Ərəb ölkələri tərəfindən irəli sürülən 13 maddəlik tələb siyahısının Qətər tərəfindən rədd edilməsini həm təqdir edirik, həm də tərəf çıxırıq. Əvvəla, bu tələblər beynəlxalq hüquq normalarına ziddir. Dövlətlərarası hüquqda ölkələrin suveren haqlarına hər hansı hücum ola bilməz. Yəni söhbət bir dövlətin daxili işlərinə müdaxiləsindən gedir. Xüsusilə də 2014-cü ildə Türkiyənin müdafiə sahəsində əməkdaşlıq etdiyi Qətərə qarşı bunu etmək çox çirkin addımdır”, – türk lider bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, rəsmi Ankara Səudiyyədə də hərbi baza yaratmaq təklifini krala çatdırmışdı:
“Kral “Bunu dəyərləndirərik” dedilər. O gündən bəri məsələ ilə bağlı irəliləyiş yoxdur və irəliləyiş olmadığı halda Türkiyənin hərbi bazasının ləğv edilməsini istəmək bizə qarşı hörmətsizlikdir. Yəni bir dövlətlə müdafiə sahəsində əməkdaşlıq edərkən birilərindən icazə almalıyıq? İnciməsinlər. Türkiyə sıradan bir dövlət deyil”.
Qeyd edək ki, 4 ərəb ölkəsi – Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi Dohaya göndərdiyi 13 maddəlik siyahıda Qətərdə Türkiyənin hərbi bazasının bağlanılması da tələb edilirdi.
Qətər tərəfi həmin tələblərin reallığa uyğun olmadığını bildirərək rədd etmişdi.
Ginkgo can increase your risk of seizures safe cialis online