Ərdoğanı devirmək üçün 3 mlrd $ ayıran ərəb ölkəsinin adı açıqlandı
Qətər böhranının gedişində Ərdoğanın “Biz həmin gecə Körfəz ölkələridə kimlərin sevinc içində olduğunu yaxşı bilirik” açıqlamasının davamı gəldi.
Azərbaycan 24 xəbər verir ki, daha öncə Türkiyə XİN bir ölkənin çevriliş cəhdini maliyyələşdirmək üçün 3 milyard dollar ayırdığını açıqlamışdı. Həmin məlumatda ölkənin müsəlman dövləti olduğu qeyd edilsə də, böyük ehtimalla gələcək münasibətlərə xələl gətirməmək üçün dəqiq ünvan göstərməyə lüzum görülməmişdi.
Son günlərdə Qətər böhranı fonunda Ankaranın Səudiyyə və müttəfiqləri ilə münasibətinin soyuması bu məsələnin üstünün açılmasını sürətləndirib. Türkiyə mediasında yer alan məlumata görə 15 iyul qiyamına 3 milyard dollar xərcləyən ölkənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olduğu bildirilib. Məlumatın Türkiyə xarici işlər nazirliyi tərəfindən dolayısı ilə təsdiqləndiyi vurğulanıb.
Bir qədər öncə BƏƏ-nin ABŞ-dakı səfirinin ələ keçirilən yazışmaları da bu ölkənin Türkiyədəki qiyamda iştirakına dair iddiaları gücləndirir
This really answered my problem, thank you!