Ərdoğanın Azərbaycana səfəri təxirə salındı
Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib. Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Türkiyə prezidentinin sentyabrın 10-da Bakıya iki günlük səfəri nəzərdə tutulmuşdu.