Ərdoğanın baş müşaviri Axısqa türklərinin nümayəndələri ilə görüşdü

Bizimsesimiz.info // Dövlət başçısının baş müşaviri Yalçın Topçu Axısqa Türklərinin nümayəndələri ilə görüşdü

Qırğızıstanda yaşayan 50 min Axısqa Türkünün nümayəndələri dövlət başçısının baş müşaviri Yalçın Topçu Türkiyənin Bişkek səfiri Mətin Kılıç, Ordu şəhərindən seçilmiş millət vəkili Mətin Gündoğdu və müşayiətindəki heyətlə bir araya gəldi.

Vətənlərindən sürgün edilən Axısqa Türklərinin yeni bir həyat qurduqları və kök saldıkları Cümhuriyyətlərdən biri də Qırğızistandır.

Bişkekdə səfərdə olan Yalçın Topçu və müşayiətindəki heyət Bişkekdə Axısqa Türklərinin bir arada yaşadığı məhəllədə baş tutan görüşdə Axısqalı Türklər yaşadıqları çətinlik və problemlərdən danışıblar.

Yalçın Topçu “Amerika Birləşmiş Ştatlarında Çin Səddinin ətəklərinə qədər təxminən 650-700 min Axısqa Türkünün getdiyi hər yerdə o ölkənin iqtisadiyyatına, təhlükəsizliyinə töhfə verməsinə baxmayaraq təəssüf ki “ikinci” olaraq adlandırılır və baxılır. Bizim qardaşlarımızın bu çağda bu qədər əziyyət çəkmələrinə həqiqətən icazə verəməliyik. Mənim düşüncəmə görə Türkiyə Cümhuriyyətinin milli bir namusudur. Bunu vurğulayaraq hər yerdə deyirəm. Bu bizim milli bir namusumuzdur. ” deyə söyləyib.

1944-cü ildən bəridir Qırğızıstanda sürgündə yaşayan 50 mindən artıq Axıska Türkünün gözü qulağı ana vətənləri Türkiyədədir…

Yaşadıqları hər yerdə Türk dilini və mədəniyyətini şaxələndirən Axısqa Türklərinin ana vətəndən bir də tələbi var…

Bişkekda yaşayan Türklərlə eyni soydan gəlməyimizə baxmayaraq ikinci sinif vətəndaş rəftarı görürük deyən Axısqa Türkləri ana vətənləri Türkiyənin onlara yiyə durmasını və ikili vətəndaşlıq verərək yeni nəslin gələcəyi üçün bir ümidlərinin olmasını gözləyir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir