Ərköyünlük yoxsa Əxlaq böhranı
Buxaridə keçən Qiyamət əlamətlərindən biri də “Kölə qadınların əfəndilərini dünyaya gətirməsi…” olduğunu bəlkə də bir çoxları bilmirlər. Ancaq bu hədis tədqiq edildikdə bu günün ailə münasibətləri, uşaqların ana-atalarına qarşı davranışları və valideynlərin uşaq tərbiyəsində diqqət etmələri lazım olan xüsuslarla əlaqəli olduğu anlaşılmaqdadır.
Bunları əsas alaraq:
- Ata-anaya təhqir edici və uyğun olmayan ifadələrin işləndiyi,
- Ata-anaya hörmət və xidmət edilməsi lazım ikən, valideynlərin uşaqlara bunu etdiyi,
- Ata-anaya itaətin azaldığı,
- Dünyaya gətirdiyi uşağın anasına qarşı kölə və qulluqçu münasibətinin göstərdiyi,
- Övaladın öz anasını xor və aşağı gördüyü (savadsız, yönbilməz və s. görməsi),
- Evdəki qaydaların adət-ənənələrə və mənəvi dəyərlərə görə deyil, uşaqların arzu və istəklərinə görə şəkilləndiyi,
- Bayramlarda yaxın qohumların ziyarət edilmədiyi,
- Böyüklərin yanına getməyib, onları öz ayaqlarına gətirildiyi,
- Müəyyən bəhanələrlərlə sosial fəaliyyətlərdən uzaq durulduğu,
- Valideynlərdən maddi imkanlarının yetmədiyi şeylərin istəmələri, bu istəkləri yerinə yetirilmədikdə ata-ananın xor görüldüyü,
- Dərs, imtahan və s. kimi bəhanələrlərlə ailə içində heç bir işə köməklik edilmədiyi,
- Evdə ailə üzvləri ilə az ünsiyyət qurulduğu, ancaq sosial mediada və telefonla başqaları ilə uzun müddət ünsiyyət qurduqları,
- İstəklərini zorla yerinə yetirilməsini istəyən, yerinə yetirilmədikdə də evdə və ailədə hüzursuzluğun çıxarıldığı bir dövürdə yarşamaqdayıq.
Cəmiyyət olaraq (belə demək mümkündürsə) uşaqlarını ilahlaşdıran, onlar nə istəsə edən, “mən edə bilmədim, uşaqlarım etdin” anlayışına bürünən, “zəmanənin gəncləri belədir” deyərək problemləri sanki xalçanın altına süpürən, heç bir şey bəyəndirilə bilinməyən, özündən razı, nə edilsədə razı salınmayan, başqalarına bənzəməyə çalışan və bu səbəbdən bir çox geri dönüşü mümükün olmayan xətalara imza atan bir gələcək uçqun kimi üzərimizə gəlməkdədir.
Yanlış metodlar, göstərilən yanlış nümunələr, yanlış filmlər və səhnələrlə zəhərlənən gənclər üçün bir şeylər etmələri lazım olanların başqa işlərlə məşğul olmaları və bu mənzərənin örtülməyə çalışılması bu bəlanın cəmiyyətdə yayılmasına səbəb olmuş, depresiyaya düşənlərin sayır artmış, zərərli maddələrin istifadəsi 11 yaşa, cinsəl rəzalət isə 12 yaşlara qədər düşmüşdür.
‘Canım, aşqım’ deyərək böyüdülən, (onu da qeyd edək ki, bu kəlmənin uşaqlar üçün işlədilməsi əsla uyğun deyil. Çünki onlar sizin övladınızdır) “uşağımla dost kimiyik” ifadəsiylə uşaqla dost olmaq valideyn olmaqdan daha üstün tutulmaqdadır. Belə bir sözlə böyüdülən bir uşaq ata-anasını valideyn olaraq deyil, sıravi, zarafat etdiyi, kobud söz dediyi, hətta söydüyü və döydüyü bir həmyaşıdı kimi görəcəkdir.
Sonra da uşaqların söz dinləməz, böyük tanamaz və sayğısız biri olduğundan şikayətçi oluruq valideynlər olaraq.
Hörmətli ailələr, atalar və analar! Nə olar təkrar ailə olağın. Evladlarımıza sahib çıxağın. Onları sosial medianın və üçüncü şəxslərin tərbiyəsinə buraxmayaq. Yaşamaq istədikləri duyğuları vicdansızlar tərəfindən öyrənmək məcburiyyətində buraxmayaq onları.
Son olaraq da unutmayaq ki, bu gün bir təfədən sosial media, digər tərəfdən də ailə tərbiyəsi görməyən, dəyərlərdən uzaq, vicdanı yoxsul insanlar yaşadığımız bu yerlərdə bizi biz edən ailə dəyərlərimizdən etməyə çalışırlar.
Gələcəyin əxlaqlı, dəyərlərə sahib, vicdan və imanlı olması diləyi ilə…
generic cialis from india Stat3 Controls Tubulointerstitial Communication during CKD