Suriyada prezident Bəşər Əsədə qarşı mübarizə aparan Əhrar Əl Şam İslam Hərəkatı ilə Nurəddin Zəngi Hərəkatı “Suriya Qurtuluş Cəbhəsi” adı altında birləşdiklərini elan ediblər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, iki müxalif qrup qərarı sosial media hesabından bildirib. Suriya Qurtuluş Cəbhəsinin lideri Əhrar Əl Şama rəhbərlik edən Həsən Sufan seçilib. Ona Nurəddin Zəngi Hərəkatından Tevfik Şihhabəddinkömək edəcək.
Bu addımla Əsəd rejiminə qarşı ən böyük cəbhə yaradılmış oldu. Təşkilat digər müxalifləri də Bəşər Əsədə qarşı birləşməyə çağırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here