Əsəd Ərdoğanla razılaşmaya gedəcək – SƏFİRDƏN İDDİA
Bizimsesimiz.info // ABŞ-n Suriyada sonuncu səfiri olmuş Robert Ford ciddi iddialarla çıxış edib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, keçmiş səfir Bəşər Əsədin kürdlərə qarşı Türkiyə ilə razılaşma əldə edəcəyini bildirib.
Londonda ərəb dilində nəşr edilən “Əl Avasat” qəzetinə danışan sabiq diplomat Suriyada son durumu şərh edib.
O deyib ki, Bəşər Əsəd Qamışlıya doğru irəliləyərək, kürdlərin qarşısını almaq üçün Türkiyə və İranla razılığa gələcək.
Robert Ford daha sonra qeyd edib ki, Amerika Bəşər Əsədin ordusuna qarşı kürdləri müdafiə etməyəcək.
“Suriya kürdləri ABŞ-a güvənməyin əvəzini ağır bir şəkildə ödəyəcək . ABŞ Suriyada müstəqil bir kürd dövlətini dəstəkləməyəcək”, – deyə sabiq diplomat fikrini tamamlayıb.