Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 100-dən çox insan ölüb.

Oxu.Az Anadolu-ya istinadla xəbər verir ki, həmçinin minlərlə yaralı var. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Dumada atışmalar aprelin 6-da başlayıb. Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here