Əsəd rejimi Şərqi Qutada dinc vətəndaşları öldürməkdə davam edir

Bizimsesimiz.info  // Suriyada Əsəd rejiminin paytaxt Dəməşqdə mühasirədə saxladığı Şərqi Qutaya  yönəldilmiş hava hücumlarında 20 dinc vətəndaş həlak olub.

“Ağ dəbilqəlilər” təşkilatı mənbələrinin məlumatına əsasən, rejim qüvvələrinə məxsus təyyarələrin bölgəyə yönəldilmiş hücumları nəticəsində Hammuriyə bölgəsində 13, Arbində 4, Beyt Sevada 2 və Misraya kəndində 1 dinc vətəndaş həyatını itirib.

Hava hücumunda onlarla adamın yaralandığı və hədəf götürülən yerlərdə ciddi fəsadlar olduğu bildirilib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura noyabrın 28-də verdiyi açıqlamada Rusiyanın təklifi əsasında Əsəd rejiminin Şərqi Qutada atəşkəsi qəbul etdiyini dilə gətirmişdi.

5 ildir mühasirədə olan Şərqi Quta Astana sazişi çərçivəsində “gərginliyi azaltma bölgəsi” elan edilmiş və iyulun 22-də atəşkəsin qüvvəyə mindiyi bildirilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.