Əsəd rejimi Şərqi Qutaya kasset bombaları yağdırdı

Bizimsesimiz.info  // Suriyanın paytaxtı Dəməşqin rejimin mühasirəsi altında olan Şərqi Quta bölgəsində kasset bombalarından istifadə edilməsi nəticəsində 10 nəfər həlak oldu.

Beynəlxalq Amnistiya Təşkilatı tərədindən verilən açıqlamada Əsəd rejiminin Şərqi Qutaya qadağan olunan sovet istehsalı kasset bombaları ilə hücum etdiyi bildirilir.

Açıqlamada kasset bombasından istifadə haqqında məlumatın aktivistlərlə aparılan danışıqlar, video və fotolarla təsdiq olunduğu qeyd edilir, bu silahların vətəndaşların həyatını ciddi şəkildə təhdid etdiyi vurğulanır.

Qeyd edək ki,  5 ildir mühasirə altında olan Şərqi Quta Astana müqavilələri çərçivəsində deeskalasiya zonası elan edilib və 22 iyulda atəşkəsin qüvvəyə mindiyi bildirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.