“Əvvəlkindən də betər oldu”- 506 milyon pul udan təqaüdçü qadının başı problemdən ayılmır

Rusiyanın Voronej vilayətindən olan Natalya Vlasova adlı təqaüdçü qadın lotereyada yarım milyard rublluq cek-potu udduqdan sonra başına gəlməyən iş qalmayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yaşlı qadın və qızı ailənin əlavə bütün gəlirlərindən məhrum olmasından gileylənib.
“Mətbuatın diqqəti səbəbindən anam bişirdiyi qutablarınıi sata bilmir. İndi bir təqaüdün ümidinə qalıb. Yaxşı həyatı hələ gözləmək lazım gələcək, amma indidən hər şey əvvəlkindən betər olub”, – qalib qadının qızı Yekaterina Yevdokimova “İzvestiya” qəzetinə danışıb.
Bundan başqa, ailə Moskvaya getmək üçün hətta kənd adamlarından borc aldğını etiraf edib.

“Çəkmələri və gödəkcəni borc kimi götürdüm. Yaxşı ki, bazarda tanıdıqlarımız var. Elə onlar da məni geyindirdilər”, – Natalya Vlasova bildirib.
Natalya Vlasova uzun illər boyu sığorta şirkətində çalışıb. Pensiyaya çıxdıqdan sonra o, qutab bişirib satmağa başlayıb. Qızı Yekaterina isə yerli məhkəmə işləyir. Ailə olduqca kaslb vıziyyətdə yaşayır, aldıqları qazanc dolanışıqlarına güclə çatır. Lakin Natalya möcüzəyə inanaraq hər həftə poçtdan lotereya bileti alırmış.

Ailə birdən birə böyük sərvət sahibi olduqdan sonra problemlərin başlandığını bildirir. 63 yaşlı qadın və qızı naməlum şəxslər tərəfindən hədələnir. 63 yaşlı təqaüdçü qadın evdən bayıra çıxmağa belə qorxur. Qızı isə sosial şəbəklərdəki bütün hesablarını bağlamalı olub.
Qeyd olunur ki, Natalya Vlasova Rusiya tarixində rekord sayılan 506 milyonluq uduşu noyabrın 5-də qazanıb. O, bu barədə iki həftə sonra xəbər tutub. Vlasova uduş məbləğini Yeni ildən sonra alacaq. Uduşun 13%-i isə vergiyə gedəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir