Bizimsesimiz.info // Moderator.az İosif Stalin kimi 20-ci əsrə damğasını vurmuş siyasi şəxsiyyətlər arasında yer alan, İraqın 5-ci prezidenti, öz sonunu yazmış lider Səddam Hüseyn haqqında maraqlı məlumatlar təqdim edir:

1. Səddam Hüseyn hakimiyyətdə olduğu illərdə öz qanıyla (bütövlükdə 27 litr) Qurani- Kərim yazdırıb.

2. Səddam Hüseynin əmisi oğlu Əli Həsən e-Məcid Haləb qətliamı zamanı istifadə edilməsini əmr etdiyi kütləvi qırğın silahlarına görə Kimyəvi Əli ləqəbini alıb. Və o da devrilmiş lider kimi bəşəriyyətə qarşı cinayət törətməkdən dolayı məhkum edilərək, 25 yanvar 2010-cu ildə edam edilib.

3. Səddam Hüseyn 1970-ci illərdə qadınları öldürməyi rəsmən qanuniləşdirib. Daha doğrusu, kişilərin cəza almaması üçün cinayəti törətdikdən sonra “bunu ailə şərəfimi qorumaq üçün etdim” demələri kifayət edirmiş.

4. Amerika İraqı işğal etmədən bir neçə həftə əvvəl Səddam Hüseyn Corc Buşu televiziyada mübahisəyə dəvət etsə də ABŞ Prezidenti bu təklifi rədd edib.

5. Səddam Hüseyn İraqda həyat şərtlərini yüksəltmək üçün gördüyü işlərə görə YUNESKO tərəfindən mükafatlandırılıb.

6. Səddam Hüseyn məhkəmə prosesində aclıq aksiyasına başlayıb və xəstəxanalıq olub.

7. Səddam Hüseyn ilk evliliyini əmisiqızı Sacide Telfa ilə edib. Sacide Telfa ilə evliykən isə Samirə Şahbandarla molla nikahı bağlayıb.

8. 1980-ci ildə Səddam Hüseynə Detroitin qızıl açarı və fəxri vətəndaşlığı verilib. Səddam Hüseyn də kilsəyə külli miqdarda ianə edib.

9. Yoxsul bir ailədən olan Səddam Hüseyn oxuyub yazmağı 10 yaşından sonra öyrənib.

10. Stalini örnək alan lider diktatorun həyatı haqqında qələmə alınmış bütün əsərləri oxuyub. Stalini o qədər araşdırmış ki, bəzi söhbətlərini əzbər bilirmiş.

11. Səddam Hüseynin hakimiyyətini ABŞ-ın hazırkı prezidenti Donald Trumpın da heyranlığını qazanıb. Donald Tramp hələ 2 il öncə “Müəmmər Qəddafi ilə Səddam Hüseyn hələ də həyatda və hakimiyyətdə olsaydılar, Yaxın Şərqdə hazırda tam dəyişik bir mənzərəni müşahidə etmiş olardıq” deyib.

Səddam Hüseynin bəzi sözləri də insanların yaddaşına yazılıb. Moderator.az həmin məşhur ifadələrdən bəzilərini də təqdim edir:

I Körfəz müharibəsi zamanı Ərəb liderlərini Fələstin müqavimətinə dəstək vermədikləri üçün günahlandıran Səddam Hüseynin bu sözləri gündəmə damğasını vurub: “Mən 39 dənə atdım, içinizdə adam olan varsa, qırxıncı raket atsın”.

Səddam Hüseynin devrildikdən sonra ələ keçdiyində dediyi ilk sözlər bunlar olub: “Atəş açmayın! Atəş açmayın! Mən İraqın prezidenti Səddam Heseynəm. Atəş açmayın!

Edam qərarını oxuyan hakimə ucadan belə deyib: “Allah işğalçılardan böyükdür!”

Asılmadan öncə ona verilən “qorxursanmı?” sualına bu şəkildə cavab verib: “Həyatım boyu heç nədən qorxmamışam. Mücahid kimi yaşamışam və ölümü hər zaman gözləmişəm”.

Moderator.az qarşıdakı günlərdə Səddam Hüseyn əslində kim olub, həyatı, edamı və s. haqqında daha geniş yazı tədqim edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here