Tonyukukun məzarı tapıldı — Türk tarixində YENİLİK

Türk alimlər ilk türk yazıçı, tarixçi və dövlət xadimi Tonyukukun məzarını tapıblar.
“Ölkə.Az” xəbər verir ki, arxeoloqlar Orta Asiyada türk millətinin mədəniyyətini tədqiq edirlər.

2001-ci ildən Qazaxıstanın Ulan-Batur bölgəsində aparılan araşdırmalar nəticəsində Tonyukukun məzarı tapılıb.
Alim Oktan Keleş bildirir ki, yan-yana 6 otaqlı məzar bölgədə özəl statusu olan insanların dəfn edildiyindən xəbər verir. Məzardan 1 sikkə, 1-i şüşədən hazırlanan 3 gözyaşı şüşəsi, 1 boşqab, 1 amfora və digər antik sənət nümunələri tapılıb.

Tonyukuk Göktürk xanədanlığında yaşayan İltəriş Xaqan, Kapagan Xaqan və Bögü Xan ilə birlikdə Bilgə Xaqanın həm baş vəziri, həm də sərkərdəsi olub.
Alimlər sərdabədə qazıntı işləri aparmaq niyyətindədirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.