Bizimsesimiz.info // ABŞ-ın araşdırma mərkəzlərindən biri olan “Brookings İnstitutu”nun eksperti Brus Ridel Trampın ərəb ölkələri ilə bağladığı silah müqavilələri ilə bağlı ortaya atdığı iddia ilə gündəmə gəlib.

Avropa.info xəbər verir ki, Ridel prezident Trampın Səudiyyə Ərəbistana səfəri zamanı bəyan etdiyi 110 milyard dollarlıq silah müqaviləsinin fərqli hesablamalarla çıxarılan nəticə və çoxunun əvvəllər bağlanan müqavilələrdən ibarət olduğunu bildirib. O, müdafiə sənayesi və Konqres nümayəndələri ilə apardığı söhbətlər əsnasında belə bir müqavilənin imzalanmadığını qeyd edib.

“Hamısı bunu deyir: 110 milyard dollarlıq bir müqavilə yoxdur. Bunun yerinə niyyət və məramnamə bəyanatlarını ehtiva edən məktub var. Bu günə qədər Senatın bununla əlaqədar təsdiqlənməsi üçün göndərilən heç bir müqavilə yoxdur.

Pentaqonun “imzalandı” dediyi müqavilənin “planlaşdırılmış satış” olduğunu qeyd edən Ridel son müqavilədə göstərilən bəzi satışların da Obama dövründə əldə edilən müqavilələr olduğunu iddia edib.

Ridel vertolyot və oxşar silahlarla bağlı gedən silah satışlarının xəbərlərinin köhnə paketi yeni paket kimi təqdim etmə cəhdi olduğunu bildirib:

“Səudilər və Tramp hakimiyyəti səudilərin “arzu siyahısı”nı və ehtimal olunana satış müqavilələrini bir araya gətirib müqavilə kimi təqdim etdilər. Rəqəmlər belə uyğun gəlmir. Bu xəbər yalandır”.

Riedel enən neft qiymətləri və Yəməndəki müharibə üzündən Səudiyyə Ərəbistanın bu pulu ödəməsinin mümkün olmadığını, əvvəlki silah müqavilələrinin pulunun verilməsində belə problemlərin olduğunu deyib.

Xatırladaq ki, Tramp keçən ay Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı 110 milyard dollarlıq silah müqaviləsinin bağlandığını, enerji və texnologiya kimi sahələr daxil olmaqla, 380 milyard dollarlıq müqavilələrin bağlandığını bəyan etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here