Bizimsesimiz.info  “İmranla şənbə söhbətləri” rubrikasına start verir.Bu rubrikada maraqlı müsahiblərlə ictimaiyyətdə maraq kəsb edən,cəmiyyətə faydalı ola biləcək  müxtəlif mövzularda müsahibələr təqdim olunacaq.Rubrikanın ilk qonağı isə iqtisadçı, Doğru Yol Partiyasının üzvü Rövşən Zamanlıdır.(Birinci hissəni  buradan oxuya bilərsiniz.)

-Sovet iqtisadiyyatı iqtisadi qanunlara əsaslanmırdı. Bəzi mallar var idi ki, manatdan yuxarı başa gəlirdi,amma 1 manata satılırdı.SSRİ dağıldı,yenidənqurma oldu və bir sıra iqtisadiyyat alimləri  yeniliklərə,bazar münasibətlərinə  hazır olmadı və uyğunlaşmadı.Yəni  yeni nəsil kadrlarının olmamasına   subyektiv səbəb də var idi. Kadr məsələndə necə eləmək lazım idi ki,onlar  o dövrdə yetişsinlər?

-Sizə bir fakt deyim.1995-ci ildə mən iqtisadiyyat institunda mühasibat uçotu fakultəsində oxuyanda siyasi iqtisad fənnindən kurs işi götürmüşdüm.Bazar iqtisadiyyatında tikinti sahəsinin  inkişafı  haqda .Mən 95-ci ildə  mövzunu işləmək üçün kitabxanalarda  buna aid kitab tapmırdım.O dövrdə internet yox idi,ədəbiyyat qıtlığı var idi iqtisadiyyatla bağlı. Çap olunan qəzetlərin də heç birində bazar iqtisadiyyatı , tikinti sektoru haqda ətraflı material yox idi.Bir dənə “Ekonomiks” kitabı var idi.Amma bu kitab da bizə yetərincə informasiya vermirdi, təlabatımızı ödəmirdi.Çünki praktiki olaraq bazar iqtisadiyyatını yaşamırdıq.Və mən uzun araşdırmalardan sonra bir təklif etdim ,belə qənaətə gəldim ki,tikinti sektoru tamamilə özəlləşməlidir.Yalnız bu halda  rəqabətli tikinti bazarı yarancaqdı.3-cü bəndə belə bir təklif də qoydum ki,tikinti sektoru özəlləşdiyi,azad rəqabətin formalaşdığı halda  dövlətin tikintiyə nəzarəti formalşmalıdır.Yəni bu vətəndaşın hüquqlarınının qorunması üçün,vətəndaşın istehlakçı  hüquqlarını təmin etmək üçün dövlət tikinti sektoruna nəzarət etməlidir.Amma az pul qoyub böyük pullar qazanmaq istəyən işbazlar da girdi  bu şəraitdə ortaya .Bunun qarşısını almaq üçün dövlətin tikinti sektorunun üzərində nəzarət mexanizmi olmalıdır.Tikinti işi ilə də məşğul olan şirkət dövlətin qoyduğu qaydalara ,qanunlara tabe olmalıdır.Mən bu təklifləri yazdığım kurs işində qoymuşdum, amma təəsüf ki,müəllimim bunun üzərindən xətt çəkərək dedi ki,bu mümkün olan şey deyil.Mən səkkiz dəfə bu kurs işini yazdım,amma hər dəfə müəllim dedi ki,bu təklif keçə bilməz,çünki mümkün  deyil.Dedi ki,tikinti sektoru müstəqil ola bilməz.

-Əslində bu normal bir təklif idi…

-Bu gün normaldır,adidir,amma o zaman sovetlər birliyindən çıxmış universitet müəllimlərinin təfəkküründə bu mümkün iş deyildi.Onlar bunu təsəvvür edə bilmirdi.Amma biz o zaman azad düşüncəli gənc idik və bunu başa düşürdük.

Sonradan, şükürlər olsun 95-ci ildən sonra ,xüsusən də 98- dən sonra tikinti sektorunun inkişafı böyük vüsət aldı.Xarici investorlar Azəbaycanda da tikntiyə yatırımlar etdilər,tikinti bumu başladı,sonra yerli tikinti şirkətləri yarandı,təcrübə artdı və çox gözəl azad rəqabət formalaşmağa başladı.Ancaq bu sahənin sürətlə inkişaf etdiyi bir dönəmdə 2006-2007-ci iləcən ortaya işbazlar da girməyə başladı və onların qarşısını almaq üçün FHN-nin  nəzdində  bu sektora nəzarət mexanizmi,qanunlar toplusu yarandı.Bu nəzarət tikinti bazarına müəyyən təsirlər göstərdi .Lakin orda da düzgün proqramlaşdırma baş vermədi,nəzarət sistemi düzgün qurulmadı.Çox təəsüf bunlar süni istifadə olundu.Yəni texniki cəhətdən, məsələn: zəlzələyə davamlılıq,binanın amortizasiya  müddətinin uzun olmasına nəzarət etmək əvəzinə süni şəkildə iş adamlarına manelər başladı.Bu maneələr son 6-7 ildə tikinti sektorunda inkişafı zəiflətdi,əmlak bazarına mənfi təsiri göstərdi.Yəni ,sürətlə qiymətlərin artmasına gətirib çıxartdı. Əmlak bazarında qiymətlər aşağı düşüb azad rəqabətin formalaşması əvəzinə süni şəkildə qiymətlərin bahalaşması  baş verdi.

Bir də tikilən binanın maya dəyəri süni şəkildə şişməyə başladı.

1995-ci ildə bir gənc iqtsadçı olaraq düşündüyüm araşdırmam nəticəsində biz mütərəqqi ideyaları  tədbiq etmək istədiyim halda sovet hökümətinin sovet ideologiyasında yaşayan professorların, müəllimlərin düşüncəsində bunun tam əksi dururdu.Amma Allaha çox şükür ki, həmin zaman qoyduğum təkliflər bu gün reallıqda həyata keçir.

-İqtisadiyyatımızda  elmi tərəqqidən elə də istifadə olunmur.Bu barədə nə deyərdiniz?

-Elmi tərəqqi olmasa iqtisadi inkişafı təmin etmək olmaz.Məsələn, tutaq ki,mənim bir kəşfim,ixtiram və ya səmərələşdirici təklifim  var .Və mən bunun rentabilliyini hesablamışam,hansısa məhsulun istehsalını, onun texnologiyasını elmi cəhətdən  təmin etsəm bu məhsul deyək ki,o ölkəyə 1 milyon gəlir gətirəcək.Təbii ki,mənim bu kəşfimlə Azərbaycanda heç bir sahibkar maraqlanmır,buna yatırım yatırtmaq istəmir və yaxud da istəyir ,amma Azərbaycanda yatırım yatırtmaq istəmir.Bu sahədə böyük boşluq  var bizdə.

Nə səbəbdən investor buna maraq göstərmir?!Buna səbəblər var.Bu səbəbləri araşdıranda baxırıq ki,bu heç də özümüzdən asılı olan səbəblər deyil,buna  bilavasitə kənardan bunu istəməyən qüvvələr təsir göstərir.

Onlar Milli iqtisadiyyatın, sənayenin inkişafına mane olurlar. Bunu ona görə edirlər ki,Azərbaycan daima hanısa dövlətdən asılı vəziyyətdə qalsın.

Məsələn, kənd təsərrüfatı sahəsini götürək.Vaxtı ilə Azərbaycanda  sovetlər dönəmində toxumçuluq sahələri olub və sırf yerli toxumçuluq sənayesinin inkişafı üçün yerli toxumların yetişdirilməsi üçün işləyən toxumçuluq institutları olub ki, bu gün  onlərın əksəriyyəti məhv olub və bu gün özümüzün milli toxumçuluq bazalarımızın olmaması səbəbindən biz İsraildən,Hollandiyadan və Rusiyadan asılı vəziyyətə düşürük.Əgər onlar bizə toxum satmasalar bizim məhsul istehsal etməyə toxumumuz  olmur.

-Nə mane olur toxumçuluq sənayesinin inkişafına?

-Məsələ orasındadır ki,burada da araya işbazlar girir ki,onlar  bilavasitə yüksək gəlir əldə etmək üçün özlərinə münbit şərait yaradırlar .Bir də təbii ki, bu sahədə də inkişafa mane olanlar xarici qüvvələrdir.Məsələn, bəzi İsrail şirkətləri bizdə toxumçuluğun inkişafına necə maraqlı ola bilər ki, özləri  toxum istehsalçılarıdırlar.İsrail hər il toxumçuluqdan çox  böyük gəlir götürür.

Biz də məcburiyyət qarşısında qalıb toxumu onlardan alırıq . Statistikaya baxaq, məsələn biz  hansısa bir ölkədən aldığımız pomidor toxumununun 1 kq-dan təxminən  500 ton məhsul götürəciyiksə , İsraildən alınan toxumdan 600 ton götürürük deyə  sonuncudan alırıq.

Amma düşünmürük ki,biz bu toxumdan sonrakı ildə istifadə edə bilməyəcəyik.Çünki bu geni dəyişdirilmiş toxumlardır.Bu cür məhsullar ikinci dəfə bizə bar vermir.Biz qazancı veririk xaricə.Kənd təsərrüfatnın milliləşdirməkdən ötrü milli toxumçuluq bazalarını yaratmalıyıq və bu sahədə işləyə biləcək alimlərin işə cəlbi mütləqdir.İnvestorlarla  alimlər bir yerdə işləməlidir,onların iş birliyi qurulmalıdır.

Məsələn ,biz niyə şəninə mahnılar qoşulmuş ,dünyada şöhrət qazanan Quba almasını qoyub xaricdən -Almaniyadan, Fransadan alma tumları gətirib əkməliyik?! Biz niyə  dünyada artıq tanına ,tələbat olan yerli məhsulumuzdan imtina etməliyik?!

İqtisadi modelləri götürsək Yaponiya elmi-tərəqqi üzərində inkişaf etmiş dövlətdir.Yaponiya heç bir təbii ehtiyatları olmayan ölkədir.Hətta içməli suyu belə dənizdən,duzu dənizdən götürür,istehsalını dənizdən,okenadan təmin edir.Yaponiya məhz elmi təqrəqqinin hesabına inkişaf etdi.

-Bu yapon xalqının istisna xalq olmasından və ya bizdən ağıllı olmasından  irəli gəlmir ki?

-Yox onlar məcbur idilər.Vaxtı ilə Türkiyə də bu durumda idi və Türkiyənin 33-cü baş naziri,keçmiş millət vəkili rəhmətlik Nəcməddin  Ərbakan o zaman deyirdi ki,biz mütləq yalnız əkib-becərən xalqdan sənayeləşmiş,istehsalçı  bir xalqa çevriləcəyik.O özünə bir şüar qoydu.Biz bu gün kənd təsərrüfına yönlənmək əvəzinə,hazır,zəngin bir ehtiyatlara malik ölkə  olaraq istiqamətlənməliyik sənayeyə,qeyri-neft sektoruna.Biz istiqamətlənməliyik təbii sərvətlərimizi,faydalı qazıntılarımızı xammal şəklində yox,hazır məhsul şəklində satışına nail olmağa.Biz buna nail olmaq iqtidarında olan işgüzar bir xalqıq,.Dövlət olaraq resurlarımız da  buna imkan verir, həm də Şərqin qapısıyıq.

Biz bəzi araşdırmalar apardıq,müəyyən etdik ki,süni şəkildə  inkişafımıza əngəl olan,irəliləyişi  istəməyən qüvvələr var.Onlar bizim inkişaf etməyimizi  ona görə istəmirlər ki,hər hansı xarici qüvvələrə xidmət edirlər.

Yəni bu qüvvələr dövləti sevmirlər,dövlətə dəstək vermək əvəzinə dövlətimizn hansısa bir dövlətdən asılı olmasını istəyirlər.Yəni ,bu məsələdə təkcə iqtisadi məsələ rol oynamır. Yaxud bu adamlar bu gün  hansısa  müəssisəyə hansısa xammalı satmaqla şəxsi mənafeyini güdərək çoxlu qazanc əldə etmək istəyirlər,amma ümumən qazanmırlar.Çünki məsələn o məhsulun maya dəyəri baha olduğundan  Avropa bazarına çıxarıldıqda yaxşı alınmır.Əgər  bu məhsul Almaniyada istehsal olunan məhsuldan baha başa gəlirsə hansı alman öz  məhsulunu qoyub bizim məhsulu alar?!

Demək belə çıxır yüksək vəzifəli insanlar var ki,onlar şəxsi mənafeyini dövlətin mənafeyindən üstün tutur.

-Amma hər bir dövlətin iqtisadi konsepsiyası olmalıdır.Milli iqtisadiyyatın inkişafı üçün nələr edilib və nələr etmək lazımdır?.Ümumiyyətlə milli iqtisadiyyatımızı necə xarakterizə edərdiniz?

-Milli iqtisadiyyatımızı üçün elə bil ciddi iş görülməyib.Əgər biz bu gün açdığımız zavodlarda sadəcə məhsulu qablaşdırıb taralara doldururuqsa,o məhsul sırf bizdə istehsal olunmursa hansı milli iqtisadiyyatdan söhbət gedə bilər?!

Yox əgər biz istehsal etdiyimiz məhsulların qablaşmasını da ,məhsulun özünü də ,xammalı da öz ölkəmizdən təmin ediriksə ,bu halda tam mənada demək olar ki,bu bizim milli məhsulumuz, milli malımızdır.İstisna olaraq yerli şirkətlər var ki,yerli məhsullar ,daha doğrusu konservant istehsal edir.O məhsulun işindəki,deyək ki,meyvəsidirsə,tərəvəzidirsə və bizə  bizə məxsusdursa,amma o tərəvəzin toxumu ,kübrəsi,o tərəvəzi becərmək üçün lazım olan texnika ,qabın xammalı ,onun boyası xarici ölkədən gəlirsə yenə də bu milli məhsul deyil.

-Prinsipal məsələ buarada  nədədir,bu məsələ nə baxımdan önəmlidir?

-Bu iqtisadi zəncir məsələsidir.Söhbət müstəqil ola-ola hər hansı bir blokadaya düşdüyümüz halda öz gücümüzə öz məhsulumuzla özümüzü təmin etmək iqtidarında olmağımızdan gedir.Allah eləməsin biz iqtisadi blokadaya düşdüyümüz halda öz daxili bazarımızı  təlabat olan mallarla təmin edə bilmiriksə artıq biz asılı vəziyyətə düşə bilərik.Demək  bu halda məcburuq kiməsə boyun əyməyə.Bilirsiniz ki,özü-özünü idarə edəcək  bir saat mexanizmi var.Saatın hər bir hissəsini  iqtisadiyyatın bir sahəsinə bənzədə bilərik.Yəni istehsal olunan bütün sahələr bir mexanizmi  əhatə edir,bir-birinə zəncirvari bağlanır,toxunur.Zəncirvari bağlandığı halda artıq saat işə düşür,hər bir şəxs də; kəndçi də,adi vətəndaş da ,sənayeçi də,elmlə məşğul olan da,həkim də, fəhlə də bu sistemin bir  hissəsinə çevrilir. Bununla iş yerləri də artır.Məsələn ,hər hansı bir konservant üçün- metal bir qab istehsal etmək üçün lazım xammalı biz xaricdən almaq əvəzinə özümüzdən, öz təbii sərvətimiz hesabına istehsal edəndə artıq nə qədər sahələr bir-biri ilə  əlaqəli olduğundan inkişaf edir.

Əks hal valyuta ehtiyatlarımızın da  tükənməsinə səbəb olur.Artıq idxal etdiyimiz məhsula xərclənən pullar ixrac etdiyimiz pullardan gələn pullardan çox olduğu halda biz başqa ölkələrin də valyutasından asılı vəziyyətə düşürük.Milli iqtisadiyyatı möhkəmlətməklə  biz öz valyutamızın möhkəmlənmisinə də nail olmuş olarıq.

Mükəmməl qurulmuş iqtisadiyyata heç bir kənar qüvvə müdaxilə edə bilmir.

Biz bu gün süni maneələri ,kənar qüvvələrin bu mezanizmə tədbiq etdiyi həmlələri çözə bilmirik.Çünki bu mexanizmi mükəmməl şəkildə qurmamışıq.Çünki bütün sahələr açıq şəkildədir.

-Bizdə bir çox zavodlar var ki,açılır,onlara   milyonlar xərclənir ,amma bir müddət sonra onlar bağlanır və ya demək olar ki,işləmir.Bu nə ilə bağlıdır,nəyin nəticəsidir?Elə bil bu zavodlar müəyyən dövlət sifarişlərini yerinə yetirilər, sifariş qurtarır zavod da fəaliyyətini dayandırır…

-Əlbəttə bu  milyonlarla,bəzən milyardlarla məbləğdə pulların mənimsənilməsinin  bir formasıdır,yoludur. Həm də  bu həmin müəisissələrdə təhcizat ,marketinq şöbəsində  kadrların düzgün yerləşdirilməməsindən irəli gəlir.

Belə zavodların  dünyada alternativləri var ki,onlar məhsullarını xaricə bazara çıxırıb xeyir qazanaraq sata bilir. Əlbəttə, əgər hansısa zavodun istehsal etdiyi bir məhsul, məsələn, borunun istehsalında xammal kimi yerli məhsuldan istifadə olunsa idi, onun maya dəyəri ucuz olardı və məhsulu satmaq asanlaşardı rəqabət baxımdan.Amma təəsüf ki,dövlət sifarişini  həyata keçirən müəyyən layihələr başa çatandan  sonra bu cür müəisissələr dayanır.

-Belə çıxır ki,təkcə  zavodların,fabriklərin açılması hələ iqtisadiyyatın inkişafı deyil.O zavoda,onun məhsuluna tələbat olmalıdır.

-İstehsalçı istehsala başlamazdan əvvəl bazarı araşdırılmalıdır ki, məhsulun alıcısı nə qədərdir, bu,zavodun istehsal gücü nə qədərdir.

Bu məhsulun rəqabətə davam gətiriməyi üçün maya dəyəri araşdırılmalıdır.Təbii ki,yaxşı olar ki,yerli xammal hesabına işləsin zavod.Yox əgər idxal olunan xammalın hesabına işləyəcəksə, o məhsul da  dünya bazarında araşdırılmalıdır.Biz məsələn ,bu gün sement istehsal edirik,bizdə yetərincə sement zavodları var.Onun xammalı klinkerdir.O Rusiya irandan,Türkiyədən gətirilir,bizdə isə Tovuz bölgəsində var.Birincisi niyə klinker bizdə olduğu halda biz onu xarici bazardan idxal edirik?!İkincisi isə niyə yerli klinkerdən istifadə edildiyi halda belə o xaricdən gətirilən məhsuldan baha olur? Deməli burada süni amilllər,monopoliya,inhisarçılıq var.

Bu sahələrdə enerji daşıyıcılarının qiymətlərində dövlətin güzəşti olmalıdır.Əgər istehsalda işlənən  yanacaqlar dünya bazarından da baha  qiymətə yerli sahibkarlara satılırsa təbii ki,bu orada istehsal olunan məhsullar rəqabətə davamlı olmayacaq ,bu da  həmin  zavodun,ya fabrikin  böhrana düşməsinə gətirib çıxarır.

Sahibkar maraqlıdır ki,çəkdiyi xərc hədər getməsin.Maya qoyanda  o min dəfə ölçür- biçir ki,kapitalı batmasın. Amma milyonlar hədərə  gedir bəzi müəisissələrdə.

-Bizdə heyvandarlıq  tarixən ənənəvi sahə, məşğuliyyət olub.Ət isə  bizdə bu sahə  zəif inkişaf edən ölkələrdən belə bahadır.Bu məsələdə bizim üçün əslində  heç xarici təcrübəyə də ehtiyac yoxdur, çünki bir heyvandarlıq əzəli məşğulliyyət sahə olub.Niyə indi maldarlıq,qoyunçuluq indiki  hal-hazırdakı kimi  iflas səviyyəsindədir ki,biz onu Ukraynadan,Gürcüstandan və sairə ölkələrdən  gətiririk?

-Maldarlığın, qoyunçuluğun inkişafı üçün geniş otlaq sahələrinin olması təmin olmalıdır.Bu gün  əgər maldarlıqla məşğul olunan  yerlərdə kənd təsərürfatı məhsulları -üzüm, pampıq əkilirsə ,orda maldarlıqdan söhbət təbii ki,gedə bilməz.Yer qıtılığı yarandıqda yem bazarında qiymətlər bahalaşır.

Bu isə maldalıqla, heyvandarlıqla məşğul olan insanları bu sahədən uzaqlaşmağa məcbur edir.Bunun da nəticəsində ət bazarında qıtlıq yaranır,qiymətlər bahalaşır və əhalini  ətlə təmin etmək üçün xaricə bazara üz tutulur.

-İnsanlar bu yerlərdə konfet istehsal etməyə yox, öyrəşdikləri, bacardıqları  heyvandarlıqla məşğul olmağa meyllidirlər, amma çox zaman şikayət edirlər ki?texnika yoxdur,su yoxdur…

-Təbii ki ,suvarmada ciddi problemlər var.Uzun müddət suvarama sistemlərində təmir işləri getmədiyindən su çatışmamazlığı  problemi yaranıb.Kanallar  vaxtında təmizlənmir,su anbarları yaranmır,yeni artezian quyuların qazılmaması su probleminə gətirib çıxarırb əksər bölgələrdə.

Kənd təsərrüfatı texnikası  bildiyiniz kimi Azərbaycanda istehsal olunmur, idxal olunur və hər bir kəndçinin də böyük məbləğdə pul verib onun almağa imkanı yoxdur.Və imkanı yoxdursa ərazisini ,hələ o varsa,onu əkib-becərə bilmir.Güzəştli lizinqlə də  dövlət xətti ilə texnika alınmasında və ya kredit götürülməsində  şəffaflığa əməl olmunmur çox vaxt.Bundan başqa kəndçi,fermer  bir çox hallarda istehsal etdiyi məhsulu belə bazara çıxarıb  sata bilmir.Məhsul dəllalların,alverçilərin əlinə keçir ,üstəgəl yol xərcləri məhsulun qiymətini bahalaşdırır.

-Son illər qabarıq şəkildə işsizlik özünü göstərir və ölkədə ən böyük problemlərdən birinə çevrilib.Daha doğrusu normal yaşayışı təmin edə biləcək maaaşlı iş yerləri.Azmaaşlı işlər  bildiyimiz kimi kifayət qədərdir.Bəs işsizliyin səbəbi nədir?

Qərb dünyası pulu mənəviyyatdan öndə görür.Bizdə də  bu artıq bu fikir get-gedə  üstünlük təşkil etməyə başlayıb.Hətta belə yanlış bir fikir var ki,”sən ağıllısansa varlı olardın”.Halbuki  bizdə iqtisadiyyatda ,”amansız” kapitalizmdə , biznesdə xeyriyyəçi,  maarifpərvər  mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyev örnəyi var.

– Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən dəyərli iş adamlarından biri olub. O xeyirxah,xeyriyyəçi ,uzağı görən  bir şəxsiyyət,milyonçu  olub.Onun bir kəlamı var: “Bir oğlan uşağına  təhsil versən cəmiyyətə savadlı bir vətəndaş verərsən,qız uşağına təhsil verərsən cəmiyyətə savadlı bir ailə verərsən”.Bu tezislə baxanda Hacı nəinki Azərbaycan üçün ,o cümlədən  bir çox islam ölkələrinə Pakistana ,İrana,Türkiyəyə yetərincə dəstək verən şəxslərdən biri olub. Tağıyev Pakistan məktəblərində tarix dərslərində  indiyəcən tədris olunur,tarix bunu danmır,bu faktdır. Bildiyiniz kimi XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.

Bu adam həmişə milləti üçün töhvə verməyə çalışıb və verib də.Zavodlar ,fabriklər, tədris ocaqları açmışdı, mühəndislər gətirirdi xaricdən,azərbaycanlı  gəncləri xaricdə oxutdururdu.Onun etdiyi xeyirxah işləri saymaqla qurtarmaz,kitaba sığmır.

Bu gün hansı iş adamı  onun əsas götürdüyü yüksək ideallar uğrunda çalışır?! Çox az ,demək olar ki,heç kim… Bu gün belə azsaylı adamlardan, xaricdə yaşamısına baxmayaraq Mübariz Mənsimovu misal gətirə bilərik.İş adamlarımıza,biznesmenlərizə millətinə can yandıran belə adamlara oxşamağa, örnək götürməyi arzulayıram. Əgər ölkəmizdəki hər bir iş adamı dövləimiz,millətimiz üçün  onlar  kimi çalışsa biz indiki kimi qlobal problemlərlə qarşılaşmarıq.

Mən işsizliyin baş alıb getməsinin səbəblərindən biri kimi sosial –psixoloji problemləri də gətirə bilərəm.Misal kimi insanların işə laqeyləşməsini də qeyd edərdim.Əlbəttə hər bir zəhmət çəkən əməyinin haqqını almır,amma İslam bizə nə buyurur;”əgər ehtiyacın yoxdursa kiməsə əl açma”. Amma əfsuslar olsun ki, cəmiyyətdə kimdənsə təmənna umanlar əl açmağa alışanlar ,tənbəlləşib işdən uzaq qalanlar az deyil.

Bu tənbəlləşməyə səbəb olan səbəblərdən biri telekommunikasiya vasitələridir.Bu gün internetin,mobil telefonun,televiziyanın , sosial şəbəklərin həyatımızda böyük rolu var,amma bunların  böyük fəsadları da var.Nə qədər məntiqlidir ki,kənd evinə qonaq gedəndə qohum öz həyətindən olmadığına görə toyuq kəsə bilmir,broyler toyuğu alıb bişirir.Bu insanın tənbəlləşməsini  göstəricisidir.Damının  üstündə qurduğu  peyk antenası ilə  şəhərdən axşamacan kanallarda izlədiyi seriallar bizim insanı işindən edir.Münbit şəraiti olduğu halda niyə kəndçi məhsul istehsal edə bilmir?!Zaman qıtlığına görə.Adiləşir bu cür həyat tərzi.Kəndçi bunu  gündəmə çevirir.Son zamanlar mən kənd yerlərinə gedəndə müşahidə edirəm ki,kəndlərdə insanlar əkin-biçinlə,heyvandırlıqla məşğul olmaqdan çox teleseriallarla maraqlanırlar.Bunun heç bir iqtisadi əsası yoxdur və  burda hökümətlik heç nə yoxdur.Belə bir ağıllı  fikir var  ki,”mən o qədər axmaq deyiləm ki,limon alıb limon satam.Mən ondan limonad istehsal edərəm”.

Əgər kəndçi həyətindən bir toyuq kəsmək iqtidarında deyilsə,taxıl əkib bişib ondan çörək istehsal etmirsə artıq o kəndçi deyil…

Şəhər insanının vaxtı yoxdur məhsul istehsal etməyə. Kəndçinin isə istehsal sahəsi onun torpağıdır.Əgər kəndçi sağdığı südü süd kimi satırsa artıq o tənbəl adlana bilər.Halbuki o süddən yağ,pendir istehsal edib satsa daha çox xeyir qazana bilər.

-Bəs  şəhərdə  işiszliyin səbəbi nədir? Bu  da  tənbəllikdən irəli gəlir?

-Yox burada daha çox ixtisas problemi də var.Mən məsələn işlədiyim tikinti sahəsində bunun şahidi olmuşam.Nizaminin bir kəlamı var:”Kamil bir palançı olmaq  yaxçıdır yarımçıq papaqçılıqdan”.İxtisasın olmaması iş tapmağı  çox çətinləşdirir.

Çünki indi -21-əsrdə,elm –texnologiya,komputer əsrində  bir çox iri şirkətlər sadəcə fəhlədən çox  yüksək ixtisaslı kadrlara ehtiyac duyurlar.Amma bununla belə əlbəttə  hər bir kəs ailəsini dolandımaq üçün maddi cəhətdən təmin olunmaq hüququna malikdir.

-Maraqlı  və faydalı söhbətə görə təşəkkürlər Rövşən bəy!

-Siz də sağ olun!

Söhbətləşdi: İmran Kərimli

Bizimsesimiz.info

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here